Icma.az
close
up
RU
Pezeşkiana mane olanlar: İranda böhran ideoloji təməllərlə bağlıdır

Pezeşkiana mane olanlar: İranda böhran ideoloji təməllərlə bağlıdır

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Dünyanın dəyişdiyi, beynəlxalq münasibətlər sisteminin yenidən formalaşdığı bir vaxtda İranda da idarəetmə modelinin yenilənməsi zərurəti yaranıb".

Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat İran Prezidenti Məsud Pezeşkianın ölkənin idarə olunması proseslərinin dalana dirənməsi ilə bağlı bəyanatına münasibət bildirərkən qeyd edib ki, rəsmi Tehran hazırda bir neçə istiqamətdə dərin böhranla üz-üzədir:

"Pezeşkian çıxışlarında zaman-zaman bu problemlərə toxunur. Çünki İran bir neçə fundamental böhranla qarşılaşır. İlk növbədə ideoloji təməllərlə bağlı məsələdir. Belə ki, məzhəbçiliyə söykənən siyasiləşdirilmiş din xalqların sosial identikliyini təmin edə bilmir. Həmçinin qonşu ölkə dövlət idarəçiliyi böhranı yaşayır. Orta əsrlərdən miras qalmış ənənəvi idarəetmə formaları ilə müasir İranı inkişaf etdirmək mümkün deyil. Digər ciddi problem isə ölkə iqtisadiyyatının tənəzzülüdür. Pezeşkian bütün bu məsələləri konseptual səviyyədə görür. Nəzərə almaq lazımdır ki, rəsmi Tehran həm də su və ekoloji problemlərlə mübarizə aparır. Hakimiyyətdə olmuş əvvəlki şəxslər İran xalqının maraqları çərçivəsində çıxış etməyiblər. Onlar problemlərin mənbəyi kimi yalnız İsrail və ABŞ-ni göstərirdilər, lakin səbəbin özlərinin yaratdığı sistemdən qaynaqlandığını dərk etmirdilər. Pezeşkianın bu məsələləri həll etmək üçün ciddi potensialı və liderlik keyfiyyətləri var. O, ilk dəfə xalqın maraqları prizmasından çıxış edir ki, bu da özü-özlüyündə mühüm hadisədir".

Millət vəkili vurğulayıb ki, İranın daxilində inkişaf yolunun qarşısını kəsən qüvvələr mövcuddur və onlar kifayət qədər güclüdürlər:

"Klassik ədəbiyyata istinadən bu qrupları "mühafizəkarlar" adlandırmaq olar, lakin əslində, onlar xurafatçılardır. Həmçinin həmin qüvvələr əhalini aldadaraq dini dəyərlər əvəzinə məzhəbçilik təbliğ edirlər. Problemlərin həlli İran xalqı üçün həyati əhəmiyyət daşıyır və bu, regionda davamlı sülhün əldə olunması baxımından da vacibdir. İranın daxili sosial enerjisi başqalarına düşmənçilik üzərində qurulub. Biz bunu 44 günlük Vətən müharibəsi zamanı da müşahidə etdik. İranda hakim dairələrin Ermənistana göstərdiyi dəstəyin hamı şahidi oldu. Onlar Azərbaycanı İrana düşmən kimi qələmə verirdilər. Müharibədən sonra Zəngəzur dəhlizinin açılmasını özlərinə "qırmızı xətt" elan etdilər. Lakin anlamırlar ki, həmin yolun açılması, əslində, İran xalqının rifahına xidmət edə bilər. Qısası, İran hakimiyyəti ölkəni inkişaf etdirmək üçün islahatlara başlamağa məcburdur. Pezeşkian cəsarətli addımlar atarsa, müəyyən nəticələr əldə edə bilər".

Məlik Məlikov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Dekabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri