Pezeşkiandan aksiyalara: İnsanları güc yolu ilə susdurmaq...
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Xalqa hörmət və onların tələblərini dinləmək hökumət idarəçiliyinin prinsipidir.
Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında deyib.
“Maarifləndirmənin artırılması və ictimai rəyə aydınlıq gətirilməsi narazılığın və sosial gərginliyin yaranmasının qarşısının alınmasında mühüm rol oynayır”, - o əlavə edib.
Prezident vurğulayıb ki, xalqla birbaşa qarşılıqlı əlaqə, onların narahatlıqlarını, tələblərini və tənqidlərini dinləmək və ictimai rəyi inandırmağa çalışmaq psixoloji və sosial təzyiqlərin azaldılmasında təsirli rol oynayır.
Pezeşkian narazılara qarşı güc tətbiqinin müsbət nəticə verməyəcəyində təkid edib:
“Cəmiyyəti zor tətbiqi və səhv metodlarla inandırmaq və ya sakitləşdirmək olmaz”.
Qeyd edək ki, İranda milli falyutanın dollar qarşısında son kəskin ucuzlaşmasından sonra genişmiqyaslı aksiyalar başlayıb. Aksiyalarda etirazçılarla güc strukturları nümayəndələri arasında toqquşma da yaşanır və indiyədək 19 nəfərin öldüyü bildirilir.
Baxış sayı:72
Bu xəbər 05 Yanvar 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















