Icma.az
close
up
RU
Pezeşkiandan İKİBAŞLI BƏYANAT İran liderindən Bakı səfəri öncəsi gözlənilməz MESAJ

Pezeşkiandan İKİBAŞLI BƏYANAT İran liderindən Bakı səfəri öncəsi gözlənilməz MESAJ

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi aprelin 27-də İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək. Bəzi ekspertlər bu səfərin hər iki tərəf üçün faydalı olacağını düşünür.

Lakin belə həsas bir dönəmdə İran Prezidenti Məsud Pezeşkianın hökumətin toplantısında səsləndirdiyi fikir birmənalı qarşılanmayıb. Belə ki, hökumətin son iclasında İran və Azərbaycan xalqları arasında qədim ortaq tarixə və mədəni ortaq cəhətlərə toxunaraq deyib ki:"

“Azərbaycan və İran bir bədənin hissələridir".

Bu fikirlər hansı mənada səsləndirilib?

Əgər doğrudan da Pezeşkian bu fikirlərini dostluq, mehribanlıq mənasında səsləndiribsə, bu o qədər də səmimi görünmür. Çünki son 35 ildə rəsmi Tehran heç zaman Azərbaycana qarşı səmimi olmayıb.

30 illik işğal dövründə Azərbaycan yeraltı və yerüstü sərvətlərinin dağıdılmasında İran vətəndaşları ermənilərdən az pay sahibi deyillər. Hətta qəbirləri açıb, qızıl diş axtaran ermənilərə texniki dəstək göstərənlər də bu ölkənin vətəndaşları olub.

Ən əsası 30 il müddətdə İran Ermənistan üçün əsas tranzit ölkə olub. İran üzərindən Ermənistana digər məhsullarla yanaşı hərbi texnika və sursat daşınıb. Ən pisi də odur ki, 44 günlük müharibədə Ermənistana ən çox dəstək verən İran oldu. Hətta Gürcüstan Ermənistan silah daşınmasının qarşısını almaq üçün hava və yerüstü nəqliyyat dəhlizlərini qapatdı. Amma İran son anadək ermənilərə hər cür dəstəyi göstərdi. Çox təəssüf ki, İran üzərindən Ermənistana silah daşınması bu gün də davam edir. Bu gün İran Ermənistan üçün nicat yoludur.

Bundan əlavə İran mediası bu gün də Azərbaycanla bağlı nifrət və etnik zəmində münaqişə mövzusunda təbliğat aparır.

Səfirliyimizə hücum nifrətin pik həddi idi.

Azərbaycana qarşı bəslənilən nifrətin daha bir təcəssümünü 27 yanvar 2023 tarixdə gördük. Həmin tarixdə Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktı törədilidi. Avtomatla silahlanmış Yasin Hüseynzadənin törətdiyi terror aktı nəticəsində Səfirliyin bir diplomatı şəhid olub, 2 diplomatı isə yaralanıb.

Lakin rəsmi Tehran baş verənlər üçün nəinki Azərbaycandan üzr istəmədi, əksinə qatili efirlərə çıxardıb onun psixi xəstə olduğu fonunu yaratmağa çalışdı. Ən əsası bu qatilin Azərbaycan təhvil verilməsindən boyun qaçırıldı. Üstəlik onun mühakiməsi müxtəlif bəhanələrlə 2 il uzadıldı. Nəhayət Azərbaycanın təzyiqləri fonunda səfirliyə hücum edən şəxsin edam olunması ilə bağlı qərar İranın Ali Məhkəməsi tərəfindən bu ilin yanvarında təsdiqləndi.

Ona görə də Pezeşkianın “Azərbaycanla İranın bir bədənin hissələri” olması fikri o qədər də səmimi və inandırıcı görünmür. Ən yaxşı halda bu fikirlərin İranın rəsmi mövqeyi kimi görünmür.

Növbəti ehtimal

Burda ikinci və çox qorxulu niyyət də ola bilər. Rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünü sözdə tanısa da bunu əməli fəaliyyətdə çox nadir hallarda göstərib. Bu gün əksər İran rəsmiləri çıxışlarında Azərbaycan dövləti yox, Bakı dövləti ifadəsini işlədirlər. Halbuki Bakı adlı bir dövlət yoxdur.

İran rəsmilərinin belə bir ifadə işlətmələrinin kökündə fars şovinizmi dayanır. Çünki fars millətçiləri heç zaman Azərbayca dövlətçilyini qəbul etməyiblər və bu gün də öz fikirlərində qalırlar. Onlar Azərbaycan ərazisini İranın “tarixi torpaqları” hesab edirlər. İmkan düşdükcə də bunu rəsmiyyətə daşımaq istəyirlər. Ona görə də Pezeşkianın son fikirləri daha çox bu yöndə yozulur ki, rəsmi Tehran Azərbaycanı hələ də İranın bir parçası kimi təsəvvür edir.

Bu isə olduqca qorxulu və şovinist bir iddiadır. Bu iddia təkcə iki ölkə arasında münasibətlərə kölgə salmır, həm də gələcək üçün qorxulu zəmin yaradır.

Bir daha xatırladırıq ki, yaxın günlərdə İran prezidenti Azərbaycana səfərə gələcək. Bu səfərdən əldə edilən nəticələr yəqin ki, Pezeşkianın fikirlərinə daha aydın işıq salacaq. Yəqin ki, o zaman biləcəyik ki, İran prezidenti “Azərbaycan və İran bir bədənin hissələridir" ifadəsini hansı mənada işlədib. /bizim.media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Aprel 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see181

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see137

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see134

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri