Pezeşkiandan Yaxın Şərqlə bağlı maraqlı TƏKLİF
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Region ölkələri Yaxın Şərqdə sülh və sabitliyi təmin etmək üçün yeni təhlükəsizlik strukturu yaratmalıdırlar.
Milli.Az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian bunu Novruz bayramı münasibətilə etdiyi çıxışında bildirib.
Onun sözlərinə görə, məsələ Yaxın Şərqin İslam ölkələrinin iştirakı ilə regionda sülhün bərqərar olmasına və təmin edilməsinə yönələcək təhlükəsizlik strukturunun yaradılması ilə bağlıdır. Pezeşkian regionun xarici iştiraka ehtiyacı olmadığını qeyd edərək, müsəlman dövlətləri ilə əməkdaşlıqda "Yaxın Şərq İslam Şurası"nın yaradılmasının mümkünlüyünü vurğulayıb.
Bu mexanizmin təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət və siyasət sahələrində münasibətləri tənzimləməsi gözlənilir.
"İran prezidenti qonşu ölkələrə müraciət edərək bildirib: "Bir-birimizlə vuruşmağa haqqımız yoxdur". /"Report"
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 21 Mart 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















