Icma.az
close
up
RU
Pezeşkianın Bakı səfəri öncəsi kritik gəlişmə B planı aktivləşir

Pezeşkianın Bakı səfəri öncəsi kritik gəlişmə B planı aktivləşir

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İran Prezidenti Məsud Pezeşkianın gözlənilən Bakıya səfərindən öncə, Zəngilan rayonu yaxınlığında strateji əhəmiyyətli görüş keçirilib. Belə ki, baş nazirin müavini Şahin Mustafayev və ölkəmizdə səfərdə olan İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq, Araz çayı üzərində inşası davam edən Ağbənd–Kəlalə avtomobil yolu körpüsünün və ona bağlanacaq köməkçi yolların tikinti sahəsinə baş çəkiblər.

Tikintisi sürətlə davam edən bu körpü, İran ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməyi hədəfləyir. İranla siyasi baxımdan gərginlik olmasına rəğmən bu cür vacib layihənin gerçəkləşdirilməsi diqqətdən qaça bilməz. Rəsmi Bakı uzun müddətdir Zəngəzur dəhlizi üzrə irəliləyiş gözləyir. Lakin İrəvanın qeyri-müəyyən mövqeyi fonunda Azərbaycanın İranla belə bir alternativ üzərində razılaşması diqqətçəkəndir.

Bu layihə Zəngəzur dəhlizinə alternativ rol oynaya bilərmi? Əgər Ermənistan dəhlizin açılmasına razılıq verməsə, bu yol “B planı” kimi aktivləşəcəkmi?

Globalinfo.az-a danışan Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, İran ərazisindən keçən Ağbənd–Kəlalə avtomobil yolu və körpü layihəsi, Ermənistanla aparılan Zəngəzur dəhlizi müzakirələri fonunda Azərbaycanın alternativ planlara sahib olduğunu göstərir:

“Zəngilan rayonu yaxınlığında, Araz çayı üzərində inşa edilən bu körpü Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında quru bağlantını təmin edəcək. Layihənin əsas özəlliyi ondadır ki, bu yol Ermənistan ərazisindən keçmədən, İran vasitəsilə əlaqə yaratmağı hədəfləyir.
Rəsmi Bakı uzun müddətdir Ermənistanın Laçın yoluna bənzər formada, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında “Zəngəzur dəhlizi”nin açılmasını istəyir. Ermənistanın bu dəhlizin açılmasına dair qeyri-müəyyən və dəyişkən mövqeyi Azərbaycanın alternativ yollar axtarmasını zəruri edir. İran ərazisi vasitəsilə Şərqi Zəngəzurdan Naxçıvana çıxış əldə olunması, Zəngəzur dəhlizi reallaşmasa belə, strateji məqsədlərə çatmağa imkan verir.

Vüqar Zifəroğlu

Ağbənd-Kəlalə yolu sadəcə bir körpü deyil. Bu, Azərbaycanın strateji alternatividir və Zəngəzur dəhlizinin açılmaması halında “B planı” kimi praktik əhəmiyyət daşıyır. Bu yol bölgənin siyasi və nəqliyyat xəritəsini yenidən şəkilləndirə bilər.

Bu baxımdan, İran Prezidenti Məsud Pezeşkinin Bakıya səfəri çərçivəsində infrastruktur layihələrinin sürətləndirilməsi, tranzit və gömrük prosedurlarının sadələşdirilməsi, həmçinin yol və dəmir yolu bağlantılarının inteqrasiyası ilə bağlı razılaşmaların gündəmə gəlməsi mümkündür.

Səfər zamanı, həmçinin iki ölkə arasında nəqliyyat koridorlarının gələcəyi, Şimal–Cənub və Cənub–Qərb marşrutlarının sinxronlaşdırılması kimi daha geniş regional əməkdaşlıq formatlarının da müzakirə olunacağı gözlənilir”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Aprel 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri