Icma.az
close
up
RU
“Pezeşkianın bəyanatı ideoloji, geosiyasi mesaj daşıyır”

“Pezeşkianın bəyanatı ideoloji, geosiyasi mesaj daşıyır”

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“İran Prezidenti Məsud Pezeşkianın Pakistan və Əfqanıstan arasında baş verən son hadisələrin xalqın iradəsinin təzahürü yox, islam düşmənləri və sionistlərin təxribat və intriqalarının nəticəsidir deməsində diqqətçəkən əsas məqam ondan ibarətdir ki, Pakistan–Əfqanıstan xəttində yaranan yeni gərginliklər təkcə yerli maraqların toqquşması deyil, həm də regionu sabitlikdən uzaqlaşdırmaq istəyən xarici qüvvələrin oyununun nəticəsi kimi qiymətləndirilir. Bu arqument, xüsusilə İran və digər region ölkələrinin son illərdə Qərb və İsrailin bölgədəki təsir dairəsini məhdudlaşdırmaq səyləri fonunda daha da aktuallaşır”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.

Politoloqun sözlərinə görə, son aylarda Pakistan–Əfqanıstan sərhədində artan silahlı toqquşmalar, sərhəd keçidlərinin bağlanması və qarşılıqlı ittihamlar regiondakı radikal qruplaşmaların yenidən aktivləşməsi ilə eyni vaxta təsadüf edir: “Bu proseslərin arxasında həm kəşfiyyat müharibəsi, həm də enerji və nəqliyyat marşrutlarına nəzarət uğrunda rəqabət dayanır. ABŞ-nin 2021-ci ildə Əfqanıstandan çıxmasından sonra bölgədə yaranan boşluq müxtəlif güclər – o cümlədən Çin, Rusiya, İran və Qərb blokları arasında təsir uğrunda mübarizəni dərinləşdirib”.

Z.Qarayeva belə vəziyyətdə sionist amilinin gündəmə gətirilməsinin, əslində, İranın regional siyasətində ənənəvi “xarici düşmən konsepsiyasının” davamı olduğunu deyib: “Tehran hesab edir ki, müsəlman ölkələri arasında qarşıdurma Qərb üçün “parçala və hökm sür” strategiyasının tərkib hissəsidir. Bununla belə, gərginliyin yalnız xarici amillərlə izah edilməsi də tam mənzərəni əks etdirmir, çünki Pakistan və Əfqanıstanın öz daxilindəki etnik, sərhəd və radikalizm problemləri bu böhranı dərinləşdirən əsas daxili faktorlardır. Nəticə etibarilə, Pezeşkianın bəyanatı həm ideoloji, həm də geosiyasi mesaj daşıyır: İran bir tərəfdən İslam həmrəyliyinə çağırır, digər tərəfdən bölgədə Qərb və İsrailin təsirinə qarşı alternativ güc mərkəzi kimi öz mövqeyini möhkəmləndirmək istəyir”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Oktyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri