Pezeşkianın da göyərtəsində olduğu təyyarə Moskvada eniş edib KİV
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“ABŞ-nin İrana zərbə endirəcəyi ilə bağlı şayiələr fonunda Tehranın hökumət təyyarəsi Moskvanın Vnukovo Hava Limanına eniş edib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın “Mash” teleqram kanalı məlumat yayıb.
“Təyyarədə İran Prezidenti Məsud Pezeşkianın ola biləcəyi ehtimalı var”, - məlumatda deyilir.
Monitorinq məlumatlarına istinad edən kanal həmçinin Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında iştirak etmiş təyyarələrin Yaxın Şərqə doğru hərəkət etdiyini iddia edib.
Xatırladaq ki, daha əvvəl mətbuatda ABŞ-nin İranda etirazçıların ölümünə görə məsuliyyət daşıdığını hesab etdiyi rəsmilərə və hərbi komandirlərə dəqiq zərbələr endirmək imkanını nəzərdən keçirdiyi barədə xəbərlər yayılmışdı. Məlumata görə, əsas məqsəd İranda əhalini etirazlara və dövlət binalarının ələ keçirilməsinə təhrik etməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 30 Yanvar 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















