Icma.az
close
up
RU
Pezeşkianın Əliyevdən xahişi: Telefon danışığında nə istədi? Sensasion məqam

Pezeşkianın Əliyevdən xahişi: Telefon danışığında nə istədi? Sensasion məqam

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

Bakupost.az xəbər verir ki, telefon danışığı ilə bağlı İran tərəfinin yaydığı açıqlamada Pezeşkianın İlham Əliyevdən “Azərbaycan səmasından İran hava məkanına PUA-lar daxil olması barədə xəbərlərin araşdırılmasını xahiş etdiyi” haqda məlumat verilir.

Belə ki, telefon danışığı zamanı Pezeşkian İranın heç vaxt heç bir müharibənin təşəbbüskarı olmadığını deyib və İsrailin beynəlxalq hüququ pozaraq İrana hücum etdiyini bildirib:

“Beynəlxalq qaydalara əsasən, nüvə obyektlərinə hücum, hətta müharibə zamanı belə, qadağandır və insanlıq əleyhinə cinayət sayılır.

Bu müharibədə komandirlərimiz, alimlərimiz, günahsız insanlar şəhid oldu. Bu təcavüzlər zamanı bir çox mülki və yaşayış məntəqələrimiz bombalandı, BMT iclas keçirsə də, bu təcavüzləri və insanların öldürülməsini pisləmədi.

Bu təcavüz biz danışıqlar apararkən (ABŞ-la nüvə danışıqları nəzərdə tutulur – red.) baş verdi. Biz problemləri danışıqlar və dialoq yolu ilə həll etmək istəyirdik və hesab edirdik ki, fikir ayrılıqlarımızı beynəlxalq qaydalar çərçivəsində həll etməliyik. ABŞ nümayəndəsi danışıqlar zamanı bizə demişdi ki, sionist rejim ABŞ-ın icazəsi olmadan İran İslam Respublikasına qarşı heç bir tədbir görməyəcək.

Amerika müharibənin başlanmasında heç bir iştirakının və ya rolunun olmadığını söylədi, müharibənin 9-cu günündə isə bizim nüvə obyektlərimizi bombaladı və biz iradəmizə zidd olaraq Amerikanın bölgədəki bazalarından birini və dost və qardaş ölkəmiz Qətəri hədəf almağa məcbur olduq. Amerikanın Qətərdəki bazasına etdiyimiz bu hücumu əmirlə (Qətər əmiri – red.) telefon danışığında izah etdim və İran İslam Respublikasının dost və qardaş qonşu dövlətlərinin ərazi bütövlüyünə hücum etmək niyyətində olmadığını və etməyəcəyini bildirdim.

Mən bu yaxınlarda qonşu ölkələrin rəhbərləri ilə danışmışam və bəyan etmişəm ki, İran İslam Respublikası regionda sülh və əmin-amanlıq istəyir və bütün qonşu ölkələrin ərazi bütövlüyünə və milli suverenliyinə hörmət edir. Mən bəyan edirəm ki, biz Azərbaycan hökuməti ilə möhkəm dostluq edirik və Azərbaycan hökuməti ilə dərin dostluq əlaqələrimiz var və bu əlaqələr sarsılmazdır, ümid edirəm ki, iki ölkə arasındakı əlaqələr və əməkdaşlıq dərinləşəcək və genişlənəcək ki, iki ölkə xalqı daha yaxşı və bir-biri ilə daha da bağlı olsun”.

Daha sonra isə qeyd edilib ki, Pezeşkian İran İslam Respublikasına göstərdikləri dəstəyə və empatiyaya görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edib və ”İsrail rejiminin pilotsuz təyyarələrinin Azərbaycan Respublikasının hava məkanından İran səmasına hücumları ilə bağlı bəzi xəbərlərin araşdırılması və yoxlanılmasını istəyib”.

Telefon danışığı ilə bağlı yayılan açıqlamada Prezident İlham Əliyevin sözlərinə də yer verilib və əslində bu “istək-xahişin” dərhal cavablandırıldığı da görünür.

“Prezident İlham Əliyev İranın ərazi bütövlüyü və milli suverenliyinə hörmətlə yanaşıldığını vurğulayaraq deyib: “Azərbaycan Respublikası bu təcavüzlərin əvvəlindən öz xarici işlər naziri vasitəsilə bu hücumları pisləyib və açıq şəkildə bəyan edib ki, biz Azərbaycan Respublikasının səmasının İran İslam Respublikasına qarşı istifadə edilməsinə icazə verməyəcəyik və səmamız üzərində kifayət qədər nəzarətimiz var”.

Azərbaycan Respublikasının Prezidenti sionist rejimin Azərbaycan səmasından istifadə edərək İrana hücum etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib və qeyd edib: “Azərbaycan hökuməti heç bir halda onun səmasının dost və qardaş İran İslam Respublikasına qarşı istifadə edilməsinə icazə verməyib və verməyəcək”, - İRNA-nın yaydığı rəsmi açıqlamada bildirilir.

Xatırladaq ki, İranda bəzi destruktiv qüvvələrin heç bir sübut olmadan hallandırdığı bu yalan və böhtana İranın güc strukturları dolayısı ilə cavab veriblər və belə bir faktın olmadığını elan ediblər. SEPAH-ın, o cümlədən İran XİN-in “belə bir faktın olmadığı” haqda rəsmi açıqlamasından sonra Pezeşkianın bunu telefon danışığında gündəmə gətirməsi maraqlıdır.

Aygün,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 İyun 2025 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 Sentyabr 2025 18:39see222

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

24 Sentyabr 2025 17:46see187

Qalatasaray və Fənərbaxça dan Real ın ulduzuna təklif

24 Sentyabr 2025 15:46see170

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

24 Sentyabr 2025 17:43see169

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see164

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

24 Sentyabr 2025 19:02see142

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see139

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see134

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see132

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see130

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see128

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see127

Zelenski BMT Baş Assambleyasında çıxışını yekunlaşdırıb

24 Sentyabr 2025 18:36see121

Putinlə Mişustinin maaşı artdı

24 Sentyabr 2025 21:33see121

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see120

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see120

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see119

Ərdoğan Makronla görüşdü

24 Sentyabr 2025 22:00see119

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see117

Zelenskidən dünyaya vacib MESAJ

24 Sentyabr 2025 18:08see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri