Icma.az
close
up
RU
Pezeşkianın fəallığı: hakimiyyətdə kosmetik, yoxsa real dəyişiklik?

Pezeşkianın fəallığı: hakimiyyətdə kosmetik, yoxsa real dəyişiklik?

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Əli Xamnəi haradadır? İran və İsrail arasında 12 günlük müharibədən sonra bir çox iranlı və xarici müşahidəçini düşündürən sual budur. Raketlər göydən yağdıqca və cavab zərbələri artdıqca, bir səs nəzərəçarpacaq dərəcədə yox idi: İslam Respublikasının Ali liderinin səsi.

Qanuna görə, müharibə və ya sülh elan etmək səlahiyyəti yalnız ondadır. Bununla belə, ABŞ prezidenti Donald Trampın administrasiyası İran və İsrail arasında atəşkəs əldə etmək üçün vasitəçilik zamanı Xamnəi ictimaiyyətə müraciət, İranın strategiyasını izah etmədi və ya qələbə iddiasında olmadı. Əvəzində, sadəcə, hər hansı bir televiziya çıxışından daha yüksək səviyyədə olan sükut var.
Reyting.az xəbər verir ki, bu barədə “Middle East İnstitut” yazıb.
ABŞ beyin mərkəzinin təhlilində qeyd olunur:
Bu boşluqda və istiqamət böhranı şəraitində İran prezidenti Məsud Pezeşkian rejimin ictimai səsinə çevrildi, o, başsağlığı verir, birliyi təşviq edirdi.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Omanın sultanı Heysəm bin Tariq də daxil olmaqla, regional liderlərlə çoxsaylı danışıqlarda Pezeşkian İranın ABŞ ilə mübahisələrini “beynəlxalq çərçivələr” əsasında həll etməyə hazır olduğunu bəyan edib.
Öz ölkəsində, görünür, o, İsraillə müharibədən sonra irəliyə doğru yeni bir idarəetmə növünü təşviq etmək fürsətindən istifadə edir. Pezeşkian İran xalqını, ideoloji xətt fərqlərinə bxmayaraq, tərifləyib və fraksiyaçılıqdan azad, ləyaqətə əsaslanan siyasi sistemə çağırıb. Hökumət sözçüsü Fatemeh Mohacerani mesajı təkrarlayaraq, bunu tarixi birlik anı kimi qələmə verib və dövlətlə cəmiyyət arasında sosial müqavilənin yenidən müəyyənləşdirilməsinə səsləyib. Nazirlər Kabinetinin iclaslarından tutmuş televiziya brifinqlərinə qədər gəmini idarə edən Ali lider deyil, Pezeşkian və onun komandasıdır.
Bu kosmetik dəyişiklikdir, yoxsa hakimiyyətin daha dərin dəyişməsini əks etdirir?
Xamnəi və İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək vəzifəli şəxslərinin israillilər üçün potensial hədəf olaraq qaldığı halda gizləndiklərini və ya ən azı strateji geri çəkilmədə olduqlarını düşünməyə əsas var. Bu qorxu səviyyəsi başadüşüləndir. İsrailin yüksək rütbəli məmurları dəqiq hədəfə alaraq öldürməsi və Amerikanın İranın nüvə obyektlərinə aviazərbələr endirməsi Tehran rəsmilərinin mövcud ola biləcək bütün əvvəlki müharibə nəzəriyyələrini alt-üst etdi.
Hərbi quruluşun darmadağın edilməsi və rəhbərliyin ifşa olunması ilə rejim öz ideoloji nüvəsini kölgədə qorumaqla, Pezeşkiana ictimai-dövlət xadimi rolunu oynamağa icazə vermiş ola bilər.
Bu seçimin həm də taktiki olması mümkündür. Xamnəinin susması inandırıcı inkar və strateji qeyri-müəyyənliyə imkan verir. O, ideoloji rəhbərliyi geri çəkilmə ittihamlarından qoruyur, eyni zamanda, mötədillərə manevr imkanı verir.
İran bu oyun kitabından əvvəllər də istifadə edib: 1988-ci ildə İraqla atəşkəsi xatırlayaq, o zaman ki, İslam Respublikası uzun illər baha başa gələn itaətsizlikdən sonra nəhayət, BMT Təhlükəsizlik Şurasının 598 saylı qətnaməsini qəbul etdi. Bundan sonra da rəhbərlik Əli Əkbər Rəfsəncani kimi daha praqmatik fiqurlara mesaj göndərməyə icazə verdi.
Başqa belə bir an ola bilərmi? Bəlkə də. Pezeşkianın ABŞ ilə dialoq çağırışları, regional diplomatiyaya verdiyi vurğu və inklüziv idarəçiliyə təkan verməsi mümkün bir dönüşə işarə edir. Atəşkəs nə qədər kövrək və xaricdən tətbiq edilmiş olsa da, siyasi açılış yaratdı. Bu fürsətdən İranın mövqeyini dəyişmək, yoxsa sadəcə, vaxt udmaq üçün istifadə ediləcəyi bəlli deyil.
Əsas sual ondan ibarətdir ki, Pezeşkianın təklifləri hakimiyyətdə real dəyişikliyi əks etdirir, yoxsa sadəcə bir fasaddır? Mötədil prezident həqiqətən İranın dünya ilə əlaqəsini yenidən müəyyənləşdirmək səlahiyyətinə malikdirmi? Yoxsa o, hələ də Xamnəinin nəzarəti altında olan bir rejim üçün əlverişli cəbhədir?
Bilmirik. Ancaq qeyri-müəyyənlik anlarında ümid və ehtiyatlılıq əl-ələ verir. İran və dünya üçün daha az ziddiyyətli bir səsin ortaya çıxması izlənməyə və bəlkə də ehtiyatla inanmağa dəyər.
Y. QACAR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://reyting.az
archiveBu xəbər 29 İyul 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri