Pezeşkianın istefa xəbəri yayıldı, ardınca isə... İranda nələr baş verir?
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Son günlər İran Prezidenti Məsud Pezeşkiana aid olduğu iddia edilən və ölkədəki rejimini sərt tənqid edən fikirlər yayılıb. İddialara əsasən, Pezeşkianın demədiyi sözlər ona aid edilərək qəsdən gündəmə gətirilir və bununla da onun siyasi məsuliyyətə cəlb edilməsi hədəflənir.
Son olaraq İran mediası Məsud Pezeşkianın impiçmenti məsələsini gündəmə gətirib. Bildirilir ki, ölkədə ağır iqtisadi böhran, yüksək inflyasiya və sosial narazılıqlar fonunda Pezeşkiana qarşı impiçment prosesinin başlanması müzakirə olunur.
Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Məsud Pezeşkian ölkəsinin xarici siyasəti və hərbi məsələlərlə bağlı son çıxışlarında İranın raket istehsalının vacibliyini vurğulayıb:
“Pezeşkian qeyd edib ki, İsrail müxtəlif ölkələrə ölümcül silahlar ixrac etdiyi bir şəraitdə İran da raket istehsalını artırmalıdır. O, İran hakimiyyətinin xarici siyasi kursu ilə bağlı kəskin və sistemli tənqidlər səsləndirməyib.
Pezeşkianla bağlı son günlər yayılan fikirlər məsələnin başqa tərəfidir. Bir neçə gün öncə onun istefa verdiyi ilə bağlı məlumat yayıldı, lakin daha sonra bu iddialar təkzib edildi. Prezident seçildikdən bir neçə ay sonra isə Pezeşkian açıq şəkildə bəyan etmişdi ki, onu işləməyə qoymurlar. Bu da onu göstərir ki, Tehran hakimiyyəti daxilində və ya hakimiyyətə yaxın müxtəlif oliqarx qruplar prezidentin fəaliyyətinə maneələr yaradır”.
Sədrəddin Soltanın sözlərinə görə, İran hakimiyyətində əsas güc mərkəzlərindən biri İnqilab Keşikçiləri Qvardiyasıdır (SEPAH) və oliqarxlardır:
“Pezeşkianın ilk aylarda səsləndirdiyi narazılıqlar da məhz bu səbəblərlə bağlı idi.
Ötən günlərdə İran Parlamentinin sədri Məhəmməd Bağer Qalibaf hökumətin iqtisadi və maliyyə sahələrində islahatlar aparmaması halında impiçmentin gündəmə gələ biləcəyini bəyan edib. Bu açıqlama da Pezeşkian ətrafında müxtəlif şayiələrin yayılmasına səbəb olub.
Sədrəddin Soltan
Pezeşkianla Ali Rəhbər Ayətullah Xamenei arasında ciddi ziddiyyət yoxdur. Bir neçə ay əvvəl Xamenei Pezeşkiana gördüyü işlərə görə təşəkkür etmişdi. Eləcə də, Pezeşkian bu yaxınlarda Xameneiyə minnətdarlıq məktubu ünvanlayaraq göstərilən etimadı doğrultmağa çalışacağını bildirib. Qərbi Azərbaycan əyalətinin imam-cüməsi Seyid Mehdi Qüreyşi də mövcud şəraitdə Pezeşkian hökumətinin dəstəklənməsinin vacibliyini bəyan edib və Xameneinin hökumətə verdiyi dəstəyin əhəmiyyətini vurğulayıb.
Hazırda mühafizəkar düşərgədə, xüsusilə prezident seçkilərində Pezeşkiana uduzan Laricani və Səid Cəliliyə yaxın qruplar yaranmış vəziyyətdən istifadə edərək prezidentə qarşı təzyiqi artırmağa çalışırlar. Hökumətin ölkədəki bütün problemlərə cavabdeh olduğu görüntüsü yaradılır. Halbuki əsas qərarverici mexanizmlər Ali Rəhbər və onun nəzarətində olan qurumların əlində cəmləşib”.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 23 Dekabr 2025 08:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















