Icma.az
close
up
RU
Pezeşkianla bağlı bu xəbər heyrət doğurdu Küçədə gəzən bənzəri olub?

Pezeşkianla bağlı bu xəbər heyrət doğurdu Küçədə gəzən bənzəri olub?

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İranda “Qüds günü” ilə bağlı keçirilən yürüşlər zamanı prezident Məsud Pezeşkianın xalqın arasında göründüyünü əks etdirən görüntülər sosial şəbəkələrdə geniş yayılıb. İran prezidenti küçədə yürüş zamanı xüsusi qoruma olmadan irəliləyir. Lakin yayılan görüntülərlə bağlı müxtəlif fikirlər səslənir.

Bəzi istifadəçilər bunun real görüntülər olduğunu və Pezeşkianın həqiqətən də yürüşdə iştirak etdiyini bildirir. Digərləri isə kadrlarda manipulyasiya ehtimalının olduğunu, hətta görüntülərin süni intellekt vasitəsilə hazırlanmış ola biləcəyini iddia edir. Bir başqa versiyaya görə isə, yürüşə qatılan Məsud Pezeşkianın oxşarıdır. Qeyd edək ki, dövlət başçılarının bənzəri olduğu, vaxtaşırı o bənzərlərdən istifadə edildiyi deyilir.

Bu müzakirələr isə xüsusilə hazırda regionda İsrail-ABŞ-İran münasibətlərinin gərgin olduğu bir dövrdə daha da diqqət çəkir. Belə bir şəraitdə İran prezidentinin kütləvi tədbirdə görünməsi siyasi baxımdan müzakirələrə yol açır.

Həqiqətənmi Məsud Pezeşkian bu günlərdə xalqın arasına çıxaraq yürüşdə iştirak edib, yoxsa yayılan kadrlar informasiya manipulyasiyasının bir nümunəsidir?

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Pezeşkianın yürüşdə iştirakla bağlı yayılan görüntülərinə dair tərəddüdlər başa düşüləndir.

Onun fikrincə, hazırkı informasiya mühiti fonunda sosial mediada real görüntü ilə saxta görüntünü ayırmaq bir xeyli çətinləşib:

“Amma mövcud məlumatlar göstərir ki, hadisə böyük ehtimalla realdır və prezident Pezeşkian həqiqətən də yürüş iştirakçıları arasında olub. Belə ki, bir neçə beynəlxalq media və agentlik də İran Prezidenti Məsud Pezeşkianın Tehranda Qüds günü yürüşündə iştirak etdiyini təsdiqləyib. Hətta Pezeşkiandan əlavə daha bir neçə yüksək vəzifəli şəxslərin də həmin aksiyada göründüyü bildirilir.

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, “Qüds günü” İranın siyasi və ideoloji gündəmində xüsusi yer tutur. 1979-cu il İran İnqilabından sonra təsis edilən bu gün əsasən Fələstin məsələsinə dəstək nümayiş etdirmək və İsrailə qarşı siyasi mövqeni vurğulamaq üçün istifadə olunur. Bu səbəbdən İranın ali siyasi rəhbərliyinin və yüksək vəzifəli şəxslərin həmin yürüşlərdə görünməsi yeni hadisə deyil. Tarixən müxtəlif prezidentlər və dövlət rəsmiləri bu tədbirlərdə iştirak edərək ictimaiyyət qarşısında mövqe nümayiş etdiriblər”.

Politoloqun sözlərinə görə, hazırkı geosiyasi şərait, yəni Tehranın davamlı zərbələr altında qalması və liderlərin hədəf alınması fonunda İran Prezidentinin yürüşdə iştirakı bu görüntülərə əlavə siyasi məna qazandırır:

“Düşünürəm ki, belə bir şəraitdə prezidentin küçədə, kütlə arasında görünməsi təkcə protokol xarakterli iştirak deyil, həm də simvolik mesaj kimi qəbul olunur. Bu, bir tərəfdən hakimiyyətin güc nümayişidirsə, digər tərəfdən də Prezidentin insanların arasında təhlükəsizlik baryerləri olmadan görünməsi “hakimiyyət xalqdan uzaq deyil” mesajını verməyə yönəlmiş siyasi gedişdir. Başqa sözlə desək bu hadisə daxili ictimai həmrəylik görüntüsünü yaratmağa hesablanıb. Videonun qısa vaxt ərzində geniş şəkildə yayılması isə onu göstərir ki, müasir geopolitik mühitdə hətta sadə bir küçə gəzintisi videosu belə daha geniş siyasi və kommunikativ kontekstin parçasına çevrilə bilir”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Mart 2026 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see470

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see425

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see379

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see373

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see342

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see332

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see332

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see328

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see324

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see309

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see282

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see282

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see269

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see268

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see266

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see256

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see239

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri