PFL dən İmişli yə xəbərdarlıq Quba stadionundakı çatışmazlıqlar aradan qaldırılmasa...
Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.
Quba səfəri Premyer Liqa klublarının əməlli-başlı gözünə dayanıb. Bərbad ot örtüyündə oynamaq komandalar üçün ciddi problemə çevrilib. Maraqlıdır ki, belə durum bir neçə aydır davam etsə də, "İmişli" hələ də rəqiblərini Qubada qəbul edir.
Məsələylə bağlı PFL-in mətbuat katibi Sənan Abdullayevə müraciət etdik. Sportal.az saytına açıqlama verən Sənan bəy artıq kluba bununla bağlı xəbərdarlıq məktubunun göndərildiyini dedi:
"İmişli" ev oyunu üçün Quba Olimpiya Kompleksinin stadionunu təqdim etsə də, məlum səbəblərdən ilk iki ev oyununu PFL-in təqdim etdiyi Şamaxı şəhər stadionunda keçirdi. Quba Olimpiya Kompleksinin stadionu ilk vaxtlarda qənaətbəxş olsa da, sonradan istər qazon, istərsə də digər nüanslarla bağlı çatışmazlıqlar daha qabarıqlaşmağa başladı.
Bunu nəzərə alaraq, PFL tərəfindən kluba xəbərdarlıq məktubu göndərilib. Biz də ümid edir və inanmaq istəyirik ki, növbəti ev oyununa qədər çatışmazlıqlar aradan qaldırılacaq. Əks təqdirdə müvafiq addımlar atıla bilər”.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 27 Yanvar 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















