Icma.az
close
up
RU
PFL ölkə kubokunun finalına vəsiqə qazandı

PFL ölkə kubokunun finalına vəsiqə qazandı

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Futzal üzrə Azərbaycan kubokunda yarımfinal matçları keçirilib. İlk oyunda futzal üzrə yüksək liqa komandaları “Araz Naxçıvan” və “Neftçi” İK qarşılaşıb.

"Football-plus.az" xəbər verir ki, bu qarşılaşmada 5-3 hesabıyla üstün olan “Araz Naxçıvan” finala vəsiqə qazanıb. Sürpriz nəticə isə digər oyunda qeydə alınıb.
Futzal üzrə 1-ci Liqada çıxış edən Peşəkar Futbol Liqasının komandası 19 yaşlılardan ibarət millimizlə üz-üzə gəlib. Hal-hazırda 1-ci Liqanın lideri olan PFL uğurlu oyunlarına ölkə kubokunda da davam edib. Gənclər yığmamız üzərində 4:0 hesablı qələbə PFL-i finala daşıyıb. Beləliklə, finalda PFL və “Araz-Naxçıvan” qarşılaşacaq.
Xatırladaq ki, Peşəkar Futbol Liqasının futzal komandasının baş məşqçisi PFL prezidenti Elxan Səmədovdu. 2023-cü il dekabrın 16-da Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilməli olan “Qarabağ” – MOİK matçının təşkilati işləri əlaqədar Xankəndi şəhərinə səfər edərkən Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində PFL-in rəhbər heyətinin yer aldığı avtomobil qəzaya uğramışdı. Bu qəzaya qədər Səmədov PFL-in komandasında oynayan məşqçi funksiyasını daşıyırdı. Hal-hazırda onu oyunlar zamanı Yaşar Qasımov əvəzləyir.
Elxan Səmədov komandasının finala çıxması ilə bağlı təəssüratlarını bölüşüb:

“İllər öncə yaşadığım sevinci təkrarlamaq ikiqat xoş oldu. O vaxt da oynayan məşqçi olduğum BEGOC (Avropa Oyunları Əməliyyat Komitəsi) klubu 2015/2016 mövsümündə finala çıxmış və həlledici görüşdə EKOL-a uduzmuşduq. Bu dəfə səhhətimlə əlaqədar meydançada olmasam da, daim komanda ilə birlikdə idim. Bu oyuna çox ciddi hazırlaşırdıq. Rəqib fiziki cəhətdən bizdən üstün idi. Buna görə də oyunu müdafiədən qurmağa və onları əks hücumda tutmağa qərar verdik. Təcrübə sözünü dedi və taktikamız uğurlu alındı. Komandamız uzun illərdir bir yerdə oynayır və hər kəs bir-birini yaxşı başa düşür. Böyük hesabla qalib gəlməyimizə baxmayaraq, matç ağır keçdi. Azərbaycan futzalının siması olan “Araz Naxçıvan”la final oynamaq fəxrdi və artıq bizim üçün böyük uğur sayıla bilər”.







Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Mart 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri