PFL prezidenti mövsümün startını dəyərləndirib
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“2025/26 mövsümünün başlanması münasibətilə siz jurnalistlərin də önəmli bir parçası olduğu futbol ailəsini təbrik edirəm”.
İdman.biz xəbər verir ki, bu sözləri Futbolxeber.az-a açıqlamasında PFL prezidenti Elxan Səmədov deyib.
Şamaxıda “Karvan-Yevlax” və “Qəbələ” arasında keçirilən mövsümün açılışı canlı izləyən qurum rəhbəri qarşılaşmanın maraqlı alındığını bildirib: “Hər kəsə məlumdur ki, bu mövsüm Premyer Liqada ötən mövsümdəkindən daha çox - 12 komanda mübarizə aparacaq. Start geri dönüş edən "Qəbələ" və "Karvan-Yevlax" arasında oldu. Belə deyək, yenilərin mübarizəsi ilə başladıq. Məncə, maraqlı qarşılaşma alındı. Ümid edirəm ki, sizin də xoşunuza gəldi. Davamında da bu cür mübarizə arzu edirəm. Bu mövsüm də güclü komandalar çoxdur”.
İdman.biz
Baxış sayı:81
Bu xəbər 16 Avqust 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















