PFL “Qarabağ” “Sabah” oyunu üçün süni intellektlə video hazırladı
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Peşəkar Futbol Liqası Misli premyer-liqasının 24-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" oyunu ilə bağlı maraqlı videoçarx hazırlayıb.
"Football-plus.az" xəbər verir ki, süni intellektlə hazırlanan videoda Bakı şəhərinin, Masazır gölünün və Tofiq Bəhramov adına Respublika Stadionunun görüntüləri yer alıb.
Videoda "Qarabağ"ın futbolçusu Kadi Borges, "Sabah"ın oyunçusu Cesse Sekidika da var.
Maraqlıdı ki, Kadinin Tofiq Bəhramov adına Respublika Stadionunun meydanına atla daxil olduğu təsvir edilib. Sekidikanın çiynində isə bayquşun olması diqqət çəkib. At Ağdam təmsilçisinin, bayquş isə paytaxt klubunun rəmzidi.
Qeyd edək ki, fevralın 22-də, Tofiq Bəhramov adına Respublika Stadionununda keçiriləcək "Qarabağ" - "Sabah" matçı saat 19.00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 18 Fevral 2025 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















