Icma.az
close
up
RU
PFL Şəfa Şahdağ Qusar matçıyla bağlı hansı tədbirləri görüb? qurumun müdaxiləsinə ehtiyac yarandı

PFL Şəfa Şahdağ Qusar matçıyla bağlı hansı tədbirləri görüb? qurumun müdaxiləsinə ehtiyac yarandı

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

"Şəfa" bu gün 2-ci liqanın 24-cü turu çərçivəsində "Şahdağ Qusar"ı qəbul edəcək.

Bilindiyi kimi, meydan sahibləri qalib gəlsə, birinci pilləyə yüksələcək. Qonaqlar qələbə qazanacağı təqdirdə liderliyini möhkəmlədəcək.
Matçın prinsipiallığı öz yerində, paytaxt təmsilçisinin biletlərin qiymətini 10 manat təyin etməsindən və azarkeşləri üçün müvafiq ödənişi özlərinin etməsindən xəbərdarsız. Bununla belə, qusarlılar qarşı tərəfin onlar üçün yetərli sayda bilet ayırmadığını iddia edib.
Hər halda, artıq bütün biletlər satılıb. Böyük ehtimalla, oyunda 2-ci liqada mövsümün azarkeş rekordu qırılacaq. Qarşılaşmanın yetərincə gərgin keçəcəyini nəzərə alsaq, tribunalardakı durum mübarizə baxımından meydandakı vəziyyətdən fərqlənməyəcək.
Bəs PFL bu oyunla bağlı lazımi tədbirlər görübmü? Tərəflərin, xüsusilə "Şahdağ Qusar"ın "Şəfa"nın qayda pozuntusuna yol verməsiylə bağlı iddiaları araşdırılıbmı? Biletlərin qiymətiylə bağlı durum necə tənzimlənib?
"Football-plus.az"ın suallarını qurumun Texniki-İdman Şöbəsinin direktoru Elgiz Abbasov cavabladı:

"Matçın əhəmiyyətini dərk edirik. Peşəkar Futbol Liqası tərəfindən də müəyyən addımlar atılıb. Qarşılaşmanın "İdman" TV-də canlı yayınlanması nəzərdə tutulub. Həmçinin görüşlə bağlı qurumun operativ işçi qrupu yaradılıb. Onlar bütün təşkilati məsələlərlə bağlı meydan sahibi komandaya dəstək göstərəcəklər. Stadionda təftiş də aparılıb. Biletin qiymətinə gəlincə, bu haqda qərar kluba məxsusdu PFL bu məsələyə müdaxilə edə bilməz. Ona görə ki, klubdaxili məsələdi. Sadəcə, klub bileti rəqib tərəfdarlara öz azarkeşinə satdığı qiymətdən baha satmağı qadağan edir. Bu barədə qayda Əsasnamədə mövcuddu. Həmçinin stadionun azarkeş tutumunun 20 faizi rəqib üçün ayrılmalıdı. Bu mövzuyla bağlı qayda pozuntusuna yol verilməsi haqda bilgi alan kimi müdaxilə etmişik. İnanırıq ki, sabahkı oyunda əsl futbol ab-havası hökm sürəcək. Bu cür intriqanın, belə matçların olması 2-ci liqanın populyarlaşması və futbolun kütləviləşməsi baxımından çox vacibdi".


Xatırladaq ki, oyun bu gün 16.00-da "ASK Arena"da baş tutacaq.
KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 May 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri