Icma.az
close
up
RU
Menu

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

Sarıkökün bu faydalarını çoxları bilmir

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

Pİ və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirilib

Pİ və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirilib

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 16-da BMT-nin İqlim Dəyişmələri üzrə 29-cu Konfransı (COP29) çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirilib. SİA xəbər verir ki, tədbiri giriş nitqi ilə açan Milli Məclisin sədri Sahibə Qafarova qonaqları salamlayıb. O, tədbirdə milli parlamentləri, parlamentlərarası təşkilatları, habelə müxtəlif təsisatları təmsil edən 90-a yaxın nümayəndə heyətinin iştirak etdiyini bildirib. Qeyd olunub ki, bu, zəmanəmizin ən aktual problemi olan iqlim dəyişikliyi məsələsinin həllindəki qətiyyətimizin və fədakarlığımızın göstəricisidir.

COP29 çərçivəsində Parlament Görüşünün təşkil olunması fikrinin Parlamentlərarası İttifaqın Baş Katibi Martin Çunqonq tərəfindən irəli sürüldüyünü bildirən Milli Məclisin sədri, dəyərli təşəbbüsə görə ona təşəkkür edib və qeyd edib ki, bu tədbir Azərbaycanın keçən ilin dekabrında yekdilliklə COP29-a ev sahibliyi edən ölkə kimi seçilməsindən sonra mümkün olmuşdur.

Spiker qeyd edib ki, iqlim dəyişikliyinin təsirləri dünyanın bütün ölkələrinə sirayət edir və bu baxımdan, ölkəmiz də istisna deyil. Son illərdə Azərbaycan həddindən artıq istilər, su qıtlığı, Xəzər dənizinin dayazlaşması və daşqınlar kimi problemlərlə üzləşib. Bu çağırışın əhəmiyyətini anlayan və qabaqcadan dəyərləndirən Azərbaycan, hələ COP29-a ev sahibi seçilməzdən xeyli əvvəl, Prezident İlham Əliyevin rəhbərliyi ilə iqlimlə bağlı fəaliyyətləri öz milli planlarının mərkəzinə yerləşdirib. Azərbaycan könüllü öhdəliklər götürərək, yaşıl gündəliyi milli inkişaf proqramlarına daxil edib, bərpa olunan enerji ilə bağlı layihələr həyata keçirərək və yaşıl enerji zonaları yaradaraq, gələcək inkişaf yolunda əzm və qətiyyət nümayiş etdirib.

Eyni zamanda bildirilib ki, Azərbaycanın COP29-a ev sahibi qismində seçilməsi, dünya ictimaiyyətinin ölkəmizin körpü qurucusu kimi çıxış etmək, icmaları və ölkələri ortaq bir məram ətrafında birləşdirmək bacarığına və təcrübəsinə olan inamının nəticəsidir. Qonaqların diqqətinə çatdırılıb ki, digər ölkələrlə müqayisədə hazırlıqlar üçün daha az vaxt - yalnız 11 ay olmasına baxmayaraq, COP29 Azərbaycan Sədrliyi bütün maraqlı tərəfləri cəlb etmək, onların ehtiyaclarını dinləmək və gözləntilərini anlamaq istiqamətində böyük işlər görüb.

Təəssüf hissi ilə qeyd olunub ki, bu hazırlıqlar zamanı ölkəmiz bəzi dövlətlər və media platformaları tərəfindən qərəzli və əsassız ittihamlarla, ikili standartlarla, dezinformasiya kampaniyaları ilə üzləşib. Bu fəaliyyətlərdə az sayda milli parlamentlər və parlamentlərarası təşkilatlar da rol oynayıblar. Parlamentin spikeri bildirib ki, bəziləri ümumi çağırışlar qarşısında dialoqun, əməkdaşlığın və həmrəyliyin gücünü unudurlar. Digər tərəfdən, onlar hələ də başa düşmürlər ki, mühüm əhəmiyyətə malik olan iqlim dəyişikliyi məsələsi, onların dar maraqlarını və siyasi motivli ambisiyalarını nümayiş etdirmək üçün platforma rolunu oynaya bilməz.

Spiker çıxışında qeyd edib ki, bu xoşagəlməz hallara baxmayaraq, COP29 uğurla işinə başlayıb və bütün maraqlı tərəflərin iştirakı ilə öz işini davam etdirir. O deyib ki, bugünkü Parlament Görüşü, Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitindən və bir sıra digər mühüm tədbirlərdən və görüşlərdən sonra keçirilir. Fəaliyyət Gündəliyi və COP29 Sədrliyi tərəfindən irəli sürülən 14 təşəbbüs inklüziv prosesin nəticəsi olmaqla yanaşı, hərtərəfli yanaşma nümayiş etdirir və qlobal iqlim fəaliyyətində hamını bir araya gətirir.

Diqqətə çatdırılıb ki, davam edən müzakirələr nəticəsində artıq bəzi mühüm nəticələr də əldə olunub.

Çıxışında “Qlobal iqlim səylərində parlamentlərimizin, bizim rolumuz nədir?” suallarını səsləndirən Sahibə Qafarova vurğulayıb ki, bu suallar ritorik suallar deyil və onların cavabları mövcuddur.

Spiker Sahibə Qafarova deyib ki, biz deputatlar xalqlarımızın nümayəndələri kimi onlarla gündəlik ünsiyyətdə oluruq. Biz iqlim dəyişikliyinin onların üzərində dağıdıcı təsirlərinin ilk şahidləriyik. Bu mənada, parlamentlər onların ehtiyaclarını və perspektivlərini ön plana çıxarmaqla bu prosesi öz üzərinə götürür və onu daha əhatəli edir.

Parlamentlərimiz hökumətlərimizə iqlimlə bağlı fəaliyyətin inkişafında dəstək olmaq üçün qanunvericilik, büdcə və ya nəzarət vasitəsilə lazım olan alətlərə malikdirlər. Əminəm ki, parlamentlərimizin əksəriyyəti artıq emissiyaların azaldılması, enerji keçidi və yaşıl inkişafla bağlı qanunlar qəbul ediblər.

Sahibə Qafarova deyib ki, iqlim dəyişikliyi bəşəriyyətin istənilən milli sərhədləri aşan və kollektiv səylər tələb edən ən böyük problemidir. Dünyanın hər yerindən çoxlu parlamentarilərin bu gün burada bizə qoşulmasını görmək mənə böyük qürur və sevinc verir. Bu, ümumi məqsəd uğrunda birliyimizi və prosesdə güclü iştirakımızı göstərir.

Biliklərimizin, təcrübəmizin və qabaqcıl praktikalarımızın paylaşılması sahəsində parlament əməkdaşlığımız xüsusi əhəmiyyət kəsb edir və hamımız üçün faydalıdır. Bu mənada, Parlamentlərarası İttifaqın rolunu da yüksək dəyərləndirmək lazımdır. Dialoq və həmrəylik fikrinə sadiq qalaraq, bu təşkilat bizi əhəmiyyətli təşəbbüslər, o cümlədən iqlim tədbirləri ətrafında səfərbər edir və səsimizin eşidilməsini təmin edir. Lakin iqlim böhranı getdikcə pisləşdikcə, iqlim dəyişikliyinin mənfi təsirlərinin aradan qaldırılması işi daha da çətinləşir. Çünki getdikcə vaxtımız daralır. Aydındır ki, iqlim dəyişikliyi ilə mübarizə daha çox diqqət və fəaliyyət tələb edir, bu da öz növbəsində bizim iştirakımızı gücləndirməyimizə ehtiyac olduğunu göstərir.

Qeyd olunub ki, biz qanunvericiliyimizi daha da təkmilləşdirməli, hökumətlərimizi öz səylərini daha yaxşı səfərbər etməyə təşviq etməli və öhdəliklərini yerinə yetirmək üçün onlara təsir göstərməliyik. Vətəndaş cəmiyyəti ilə əməkdaşlığın artırılması onların narahatlıqlarını daha yaxşı anlamağa kömək edəcək.

Milli Məclisin sədri deyib ki, bizim iki günlük tədbirimiz və ümumi mövqeyimizi əks etdirən yekun sənəd, iqlim maliyyələşdirilməsi, təsirlərin azaldılması və uyğunlaşması, şəffaflıq, milli səviyyədə müəyyən edilmiş töhfələr kimi ən aktual problemləri və vacib məsələləri ön plana çəkir. Bu məsələlər, eyni zamanda COP29 Azərbaycan Sədrliyinin prioritetləridir və bugünkü qlobal iqlim gündəmini əks etdirir.

Aydındır ki, təkəri yenidən icad etməyə ehtiyac yoxdur. Əksinə, uğur, ümumi istəkləri və verilən sözləri konkret addımlara çevirməkdən asılıdır. COP29 qlobal iqlim fəaliyyəti üçün mühüm məqamdır. Hərəkət etmək məsuliyyəti hamımızın üzərinə düşür. İndi qlobal həmrəylik və birlik nümayiş etdirmək vaxtıdır.

Çıxışının sonunda Milli Məclisin sədri əminliyini ifadə edib ki, ölkələrimiz daha güclü tərəfdaşlıq, dəstək və öhdəliklərlə yaşıl dünya, daha yaxşı və davamlı gələcək naminə həmrəyliklə irəliləyəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Noyabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see279

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see184

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see179

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see141

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see135

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see131

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see131

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see130

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see130

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see129

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see129

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see129

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see128

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see127

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see125

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see122

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

19 Oktyabr 2025 06:45see121

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri