Pietro Parolin: Mən və konfransın digər iştirakçıları çox isti qarşılandıq
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Artıq ikinci dəfədir ki, Azərbaycandayam. Hər dəfəsində daha isti qonaqpərvərlik görürəm".
Oxu.Az xəbər verir ki, bunu Bakıda keçirilən COP29-da iştirak edən Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin jurnalistlərə açıqlamasında deyib.
O, COP29-un təşkilatçılığına heyran olduğunu qeyd edib:
"Mən və konfransın digər iştirakçıları çox isti qarşılandıq. Düşünürəm ki, beynəlxalq ictimaiyyət uzun müddətdir ki, iqlim dəyişikliyi ilə mübarizə aparmalı olduğumuzu bilir. Amma təəssüf ki, müvafiq problemlərin həlli istiqamətində tədbirlər çox ləng aparılır. Hesab edirəm ki, bu konfranslar irəli getməli və bu problemlə mübarizə tədbirlərinin həyata keçirilməsində irəliləyiş əldə etməli və həllini tapmağa çalışmalıdır".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 13 Noyabr 2024 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















