Pilləkən filminin ulduzu vəfat etdi
Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Geniş tamaşaçı kütləsinə "Zərif yaş" və "Pilləkən" filmlərindən tanış olan aktyor Yevgeni Kalintsev 59 yaşında dünyasını dəyişib.
Kulis.az xəbər verir ki, bu barədə Moskvanın "Pyotr Fomenko Emalatxanası" teatrı məlumat yayıb.
Teatrın yaydığı rəsmi bəyanatda qeyd olunub:
"İyunun 17-də aktyor Yevgeni Kalintsev vəfat edib. Bir neçə həftə sonra, iyulun 7-də onun 60 yaşı tamam olacaqdı. Yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı veririk."
Qeyd edək ki, o, Rusiya Teatr Sənəti İnstitutunda (GİTİS) Pyotr Fomenkonun aktyor-rejissor emalatxanasının məzunu olub. Fərqli illərdə "Çelovek" (İnsan) teatr-studiyasında və "Teatr.doc"da çıxış edib. 1991-1998-ci illərdə Sergey Jenovaçın rəhbərliyi altında Malaya Bronnaya Teatrında çalışıb. Burada o, "Kral Lir", "İdiot" və "Kiçik komediyalar" kimi məşhur tamaşalarda uğurlu obrazlar yaradıb.
Daha sonra aktyor "Müharibə və sülh. Romanın başlanğıcı" və "Ailə xoşbəxtliyi" tamaşalarının səhnələşdirilməsi zamanı Pyotr Fomenkonun assistenti kimi fəaliyyət göstərib. Fransız dilini mükəmməl bildiyi üçün o, tamaşalarda aktyorlara xarici dildəki replikaların düzgün tələffüzündə yaxından kömək edirdi.
Mərhum sənətkarla vida mərasimi iyunun 24-də Moskvanın Kolımajnı döngəsində yerləşən Müqəddəs Antipa məbədində baş tutub.
Marmelad - Sara İbrahimin hekayəsi “15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olundu Özbəkistan Prezidentinin qəbul etdiyi azərbaycanlı şairlə müsahibə
Baxış sayı:163
Bu xəbər 25 İyun 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















