“Pilot layihəsi çərçivəsində mühüm addımlar atılıb” Zaur Əliyev
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İlkin səhiyyə xidmətinin təkmilləşdirilməsi pilot layihəsi çərçivəsində mühüm addımlar atılıb.
Moderator.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi istiqamətində aparılan işlər barədə məlumat verib.
Zaur Əliyevin sözlərinə görə, pilot layihə olaraq Bərdə rayonunda şəbəkənin optimallaşdırılması həyata keçirilir.
1 yeni Ailə Sağlamlıq Mərkəzi yaradılıb, 31 tibb məntəqəsi həkim məntəqələrinə birləşdirilib. Nəticədə Bərdə rayonu üzrə 110 kənd və rayon mərkəzi 2 Ailə Sağlamlıq Mərkəzi, 34 həkim məntəqəsi və 18 tibb məntəqəsi ilə əhatə olunub.
Zaur Əliyev bildirib ki, artıq təhkimolunma prosesinə start verilib və bu proses təxminən 3.5 milyon nəfər əhalini əhatə edəcək. Paralel olaraq əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır ki, bu da xidmətlərin daha düzgün planlaşdırılmasına imkan verəcək.
Kadr potensialının gücləndirilməsi istiqamətində Bərdədə 43 təlim modulu üzrə 60 ailə həkimi və 10 modul üzrə 250-dən çox tibb bacısı üçün təlimlər keçirilib.
Ümumilikdə ölkə üzrə 78 Ailə Sağlamlıq Mərkəzi, 871 həkim məntəqəsi, 1168 tibb məntəqəsi və Bakıda 106 ambulator poliklinik müəssisənin optimallaşdırılması nəzərdə tutulur.
Sonda bildirilib ki, həyata keçirilən bu tədbirlər ilkin səhiyyə xidmətlərinin əlçatanlığını artıracaq, xidmət keyfiyyətini yüksəldəcək və şəbəkənin optimallaşdırılmasını avtomatlaşdıracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 27 Yanvar 2026 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















