Icma.az
close
up
RU
Pilot pasportunu götürməyi unutduğu üçün təyyarə gəldiyi yerə qayıdıb

Pilot pasportunu götürməyi unutduğu üçün təyyarə gəldiyi yerə qayıdıb

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Los-Ancelesdən Şanxaya uçan Amerikanın "United Airlines" aviaşirkətinə məxsus "Boeing 787" sərnişin təyyarəsi pilotlardan birinin pasportunu unutduğu aşkar edildikdən sonra geri qayıtmalı olub.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Los Anceles Beynəlxalq Hava Limanından (LAX) şənbə günü yerli vaxtla saat 14:00-da 257 sərnişin və 13 ekipaj üzvü ilə havaya qalxan "UA 198" reysi Sakit Okean üzərindən geri qayıdıb və təxminən iki saatlıq uçuşdan sonra San Fransiskoya istiqamətlənib.

"United Airlines"dən verilən açıqlamada: "Pilotlardan biri pasportunu götürməyi unutmuşdu. Müştərilərimizin şikayətlərini aradan qaldırmaq və eyni axşam təyinat məntəqələrinə çatdırmaq üçün yeni komanda təşkil etdik. Sərnişinlərə yemək kuponları və kompensasiyalar verildi", - deyə bildirilib.

Yeni heyətlə təyyarə yerli vaxtla saat 21:00-da havaya qalxıb və təxminən altı saat gecikmə ilə Şanxaya çatıb. Təyyarədə olan çinli sərnişin Yang Shuhan bildirib ki, pilot “olduqca qəzəbli səs tonu” ilə açıqlama verib və “pasportumu unutdum” deyib.

Təyyarə San-Fransiskoya endikdən sonra hava yolu şirkəti tərəfindən 30 dollarlıq yemək çeki verilən Yanq pulu hava limanındakı yapon restoranında xərclədiyini bildirib. O, həmçinin "United"in internet saytı vasitəsilə təzminat üçün müraciət etdiyini və 14 iş günü ərzində cavab alacağı barədə məlumat aldığını bildirib.

Gecikmə səbəbindən bazar ertəsi iş planlarının pozulduğunu bildirən sərnişin pilotun dürüstlüyünü təqdir etsə də, bəzi sərnişinlərin bu vəziyyətdən "qəzəbləndiyini" və "çaşqın" olduğunu bildirib. Çinin "Instagram"a bənzər sosial media platforması "RedNote"da paylaşılan bir sərnişin şərhində: "İnsan iş yerində necə belə böyük səhv edə bilər?", - deyə ifadəsini istifadə edib və yazı 10 mindən çox bəyənmə toplayıb.

Sinqapurda yerləşən "Endau Analytics" aviasiya konsaltinq şirkətinin qurucusu Şukor Yusof hadisəni "Yunayted üçün utancverici" adlandırıb. Yusof: "Bu böyüklükdə qlobal hava yolu şirkəti üçün bu səhv qəbuledilməzdir. Bu, nizam-intizamın olmadığını göstərir", - deyə qeyd edib.

Hadisənin “Yunayted” üçün böyük xərclər yarada biləcəyini vurğulayan aviasiya eksperti: “Geri dönüş reysi zamanı boşaldılan yanacaq, sərnişinlərə verilən kompensasiya və əməliyyatların pozulmasını nəzərə alsaq, bu ehtiyatsızlıq aviaşirkətə baha başa gələ bilər”, - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Mart 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see383

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see263

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see214

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see150

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see146

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see141

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see141

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see139

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see139

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see133

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see133

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see131

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see130

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see127

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see124

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see120

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri