Pilotlar arasında dava olub, təyyarəni sərnişinlər idarə edib Fotolar
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Dubaydan Təl-Əvivə uçan “Flydubai” şirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi uçuş zamanı fövqəladə siqnal göndərib.
Yeniavaz.com xəbər verir ki, daha sonra təyyarə marşrutunu dəyişərək Səudiyyə Ərəbistanının Tabuk şəhərinə yönəlib və oradakı hava limanına təhlükəsiz eniş edib.
“Flydubai” təyyarədə olan 180 sərnişinin təhlükəsiz olduğunu açıqlayıb.
İsrail mənbələrinin “Reuters”ə verdiyi məlumata görə, hadisənin səbəbi pilotlar arasında baş verən fiziki qarşıdurma olub. Təyyarənin əvvəlcə təxminən 4,3 kilometr hündürlük itirdiyi, bundan sonra fövqəladə siqnalların göndərildiyi bildirilib.
Son yayılan məlumata görə, sərnişinlər üçün təhlükə yaratdığı iddia edilən pilot Oman vətəndaşı, təyyarənin komandiri isə Birləşmiş Ərəb Əmirlikləri vətəndaşıdır. Bu məlumat İsrail mediasına istinadən yayılıb.
Bəzi məlumatlarına görə, pilotlar arasındakı qarşıdurmadan sonra təyyarədə sərnişin kimi uçan Rusiya və Ukrayna vətəndaşları olan iki başqa pilot kabinəyə daxil olaraq idarəetməni ələ keçirib və təyyarənin Tabuk hava limanına endirilməsində iştirak edib.
Sərnişinlərdən birinin yaxınlarının sözlərinə görə, təyyarədə qışqırıq səsləri eşidilib və əlində bıçaq olan şəxsin pilotlardan birini yerə yıxdığı bildirilib. Təyyarədə qan izləri olan sərnişinin fotosu da mediada yayılıb.

Bu mövzuda digər xəbərlər:Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? Video
26 Dekabr 2024 23:11
İranda ilk dəfə təyyarəni qadın pilotlar idarə edib Sərnişinləri də qadınlar olub
26 Dekabr 2024 11:19
Pilotlar və bələdçi dəfn olunur Fotolar
29 Dekabr 2024 13:57
Pilotlar problemlə üzləşdilər
10 Avqust 2025 03:31
Dünya Pilotlar Günü...
26 Aprel 2025 12:08
Baxış sayı:56
Bu xəbər 30 Sentyabr 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















