“Pilotlar olmasaydı, hamımız ölmüşdük” Hadisə şahidi
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Aktau yaxınlığında qəzaya uğrayan AZAL-ın təyyarəsindən sağ çıxan 48 yaşlı sərnişin baş verənlərin təfərrüatlarını bölüşüb.
Bu barədə “Qafqazinfo” Zakon.kz-a istinadən xəbər verir.
Sərnişinin sözlərinə görə, təyyarə bir neçə dəfə yerə enməyə cəhd etsə də, buna nail ola bilməyib. Daha sonra sərnişinlər yüksək səs eşidiblər və bundan sonra təyyarə dövrə vurmağa başlayıb.
“Pilotların sayəsində, onlar öz manevrləri ilə bizi xilas etdilər. Onlar olmasaydı, hamımız ölərdik. Quyruq hissəsi bağlandı”, - deyə Sübxonkul bildirib.
48 yaşlı kişinin sözlərinə görə, onun yanında oturanların hamısı sağ qalıb. Sübxonkul möcüzəvi şəkildə yara almayıb, o, Yekaterinburqda yaşayır, iş üçün Qroznıya uçurmuş.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 25 Dekabr 2024 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















