Icma.az
close
up
RU
Pilotluqdan nazir kürsüsünə Deputatımız Brejnevin həyatını necə xilas etmişdi?

Pilotluqdan nazir kürsüsünə Deputatımız Brejnevin həyatını necə xilas etmişdi?

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

SSRİ-də hakimiyyət dəyişikliyi zamanı yeni baş katiblər fəaliyyətlərini adətən kadr islahatları ilə başlayıb. Birincilərin ilk işi öz komandalarını formaşlaşdırmaqdan ibarət olub.

Bu ənənə Stalin dövründən başlayaraq Qorbaçov hakimiyyətinə qədər davam edib. Kadr məsələsində Yuri Andropov daha sərt mövqe sərgiləyib, o, 15 aylıq hakimiyyəti dövründə 19 naziri, 37 vilayət partiya komitəsinin birinci katibini vəzifələrindən azad edib. Amma sərt baş katib uzun illər Brejnevlə yaxın dostluq etmiş SSRİ mülki aviasiya naziri Boris Buqayevə toxunmayıb. Sonralar hakimiyyətə gələn Çernenko da, Qorbaçov da aviasiya nazirinin kürsüsünü laxlatmaq fikrində olmayıblar.

Kulis.az "Tarixin kulisi" layihəsi çərçivəsində17 il nazir kürsüsündə əyləşən Boris Buqayevin fəaliyyəti və "toxunulmazlığı”nın səbəbləri haqda yazını təqdim edir.

Boris Buqayev 1923-cü ildə Ukraynanın Uman şəhərində müəllim ailəsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra orta ixtisas pilot məktəbində oxuyub. Daha sonra təhsilini Mülki Aviasiya Ali Məktəbində davam etdirib.

Sovet-alman müharibəsində Buqayev Ukrayna partizan hərəkatının fəal üzvlərindən biri olub, müharibə illərində göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə dəfələrlə mükafatlandırılıb.

Müharibədən sonra Buqayev "Vnukovo” aeroportunda pilot-instruktor vəzifəsində işləyib. Bu ərəfədə o, ən uzun məsafəli uçuşları həyata keçirib. 1957-ci ildə onu mülki aviasiyanın xüsusi təyinatlı dəstəsinə komandir təyin ediblər. Dövlət və hökumət nümayəndələrinin uçuşlarını məhz o həyata keçirib. Bu vəzifə Buqayevin gələcək vəzifə karyerasında böyük rol oynayıb.
9 fevral 1961-ci ildə baş verən hadisə isə onun həyatını bütövlükdə dəyişib.

Həmin gün sovet nümayəndə heyəti Qvineya Respudlikasına səfər edərkən saat 14.23-də Aralıq dənizi üzərində, həmin dövrdə müharibə vəziyyətində olan Əlcəzairin şimal hissəsindən 130 kilometr aralıda, 8250 metr yüksəklikdə Fransa hərbi-hava qüvvələrinin hücumuna məruz qalıb.

Brejnevin də içərisində olduğu 75708 nömrəli "İl-18” təyyarəsinin yaxınlığında qırıcılar görünüb. Brejnev əvvəlcə elə düşünüb ki, fransızlar SSRİ nümayəndə heyətinin təhlükəsizliyi üçün onları müşayiət edirlər və bunu böyük bir hörmət kimi qəbul edib. (Qeyd edək ki, həmin ərəfədə müharibə vəziyyətində olan Əlcəzair Fransanın müstəmləkəsi olub və yalnız 1962-ci ildə müstəqil dövlət kimi tanınıb). Amma qırıcılardan açılan atəşlərdən sonra məlum olub ki, heç də Leonid İliçin düşündüyü kimi deyil. Təyyarənin pilotu Boris Buqayev dərhal dispetçer məntəqələri ilə əlaqəyə girib, fransız və ingilis dillərində hadisə ilə bağlı dispetçerə məlumat verib.

Pilot müəyyən olunmuş uçuş üzrə hava məkanında hərəkət istiqaməti ilə bağlı əvvəlcədən məlumat verildiyini də bildirib. Üç dəqiqə ərzində qırıcılar müşayiətlərini davam etdirdikdən sonra Buqayev danışıqların mənasız olduğunu anlayaraq təyyarəni peşəkarlıqla təhlükəsiz istiqamətə çıxara bilib.

Həmin təhlükəli anları Boris Buqayev belə xatırlayırmış:

"Bu gözlənilməz bir hadisə idi. Adətən, təyyarə hansı nöqtədən müşayiət olunacaqsa, bu əvvəlcədən bildirilir. Qırıcılar ətrafımızda görünəndə Brejnev dedi ki, burada heç bir pis məqsəd ola bilməz, bunu təhlükəsizliyimiz üçün edirlər. Mən onun bu fikirlərinə qarşı çıxmadım. Amma dəqiq bilirdim ki, heç bir təhlükəsizlikdən söhbət gedə bilməz. Mən dərhal rabitə əlaqəsinə girdim, başa saldım ki, hava məkanındakı hərəkət istiqamətimiz əvvəlcədən qeydə alınıb, yəni biz heç bir qanun pozuntusuna yol verməmişik. İki dəfə "Okey” deməklə cavabı bitirdilər. Daha üç dəqiqə keçdi, qırıcılar hələ də ətrafımızda dolaşırdılar və atəş açırdılar. Mən məcbur olub istiqamətin dəyişdirilməsi ilə bağlı dispetçerə məlumat verdim və təyyarəni qırıcıların arasından çıxararaq təhlükəsiz istiqamətə yönləndirdim...”

Bu hadisə sovet mətbuatında geniş işıqlandırılıb, jurnalistlər Fransanın hərbi-hava qüvvələrini "bandit uçuşlarının müəllifi” adlandırıblar. Xarici işlər naziri Andrey Qromıko nota imzalayıb. SSRİ rəhbərliyi Moskvadakı səfirlikləri hadisəyə reaksiya verməyə çağırıb. Fransanın Xarici İşlər Nazirliyi hadisə ilə bağlı təəssüf hissi keçirdiklərini bildirib və öz ölkələrinin hərbi-hava qüvvələrində bu məsələnin ciddi şəkildə araşdıracaqlarını, gühahkarları cəzalandıracaqlarını bildiriblər.

Bəli, bütün bu qalmaqal, baş vermiş insident, gərginləşmiş münasibətlər Boris Buqayevin həyatına işıqlı bir yol açıb. Qvineya səfərini unutmayan Brejnev hakimiyyətə gəldikdən sonra Boris Buqayevi 1966-cı ildə mülki aviasiya nazirinin müavini, bir ildən sonra isə birinci müavini, 1970-ci ildə nazir təyin edib. Baş katib peşəkar pilotu SSRİ Mülki Aviasiya Nazirliyinə rəhbər gətirib, ona aviasiya marşalı rütbəsini verib. Buqayev eyni zamanda Brejnevin şəxsi pilotu olub.

Zaman-zaman Brejnevlə Buqayevin arasında sıx dostluq münasibətləri yaranıb. Baş katib dostuna qarşı səxavətini əsirgəməyib, ona Moskvanın mərkəzində mənzil, Moskva ətrafında bağ evi hədiyyə edilib. Bununla yanaşı Buqayev ən ali dövlət mükafatları ilə, o cümlədən, iki dəfə "Qızıl ulduz”, beş dəfə "Lenin” ordeni ilə təltif olunub. Buqayev həmçinin 8-11-ci çağırışlarda (1970-1989-cu illər) Azərbaycandan SSRİ Ali Sovetinə deputat seçilib.

Buqayevin uğurlu karyerasında Brejnevin böyük rolu olsa da, bu məsələdə onun peşəkarlığı da öz sözünü deyib. Elə bu səbəbdən də Brejenevdən sonra nə Andropov, nə Çernenko, nə də Qorbaçov Buqayevi vəzifəsindən azad etmək fikrinə düşməyiblər. O, 1987-ci ildə səhhəti ilə bağlı könüllü olaraq nazir kürsüsünü təhvil verib.

Boris Buqayev 2007-ci ildə vəfat edib. Aviasiya marşalı hərbi şərəflə Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu

Bu gün İlaxır çərşənbədir Xalq artistinin dəfn yeri məlum oldu “O vaxt musiqi yox idi, bizi toylara aparırdılar” - Lənkəranlı “Nənələr” necə məşhur oldu?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://kulis.az
archiveBu xəbər 25 Mart 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see196

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see167

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see164

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see137

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see135

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see130

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see129

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see129

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri