Icma.az
close
up
RU
“Pilotumuz ürəyindən vurulub” “Qara qutu”dan gələn səs... AÇIQLANDI

“Pilotumuz ürəyindən vurulub” “Qara qutu”dan gələn səs... AÇIQLANDI

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Rəşad Atakişiyevin övladları dərsə gedirlər, ingilis dilində təhsil alırlar, yaxşı da oxuyurlar. Dövlət təminatı yaxşıdır”.

Bu sözləri Bakıvaxtı.az-a keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli kürəkəni, şəhid pilot Rəşad Atakişiyevin ailəsinə dövlətin qayğısındab danışarkən deyib.

Onun sözlərinə görə, bu məsələdə dövlət, məxsusi olaraq, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva ailəyə lazımi dəstək və qayğını göstərir:

“Çox sağ olsun”.

Q.Hüseynli onu da əlavə edib ki, şəhidin təyyarəsinin qalıqları tapılsa da, “qara qutu”nun oxunub, ictimaiyyətə məlumat verilməsi gerçəkləşmədi:

“Söz verdilər, amma “qara qutu”nu açmadılar. Amma oradan bir nəfər dedi ki, Rəşadgil gecə saatlarında döyüş şəraitinə yaxınlaşdırılmış təlim keçiblər. Onlardan da 100 kilometr uzaqda dənizdə ruslar təlim keçirmişlər. Ruslar həm də sovet dönəmindən qalma “Lazer” silahının ilk sınağını həyata keçirirlərmiş. Onlar Rəşadın təyyarəsini tanıyırlarmış, çünki Rəşad Bakıya hücum edən təyyarəni vurub salırmış. Ona görə də Rəşada atəş açıblar və onun ürəyindən vurublar. Təyyarə idarəetməni itirib”.

Qabil Hüseynli: Ruslar Rəşadın təyyarəsini tanıyırlarmış, çünki o...

Müsahibimizin dediyinə görə, “qara qutu”nu oxuyanlardan biri bildirib ki, “qara qutu”dan yalnız Rəşadın zarımasını eşidib:

“Rəşad yaralı halda təyyarənin idarəedilməsini bərpa etmək istəyib, amma bunu bacarmayıb, çünki ürəyindən vurublarmış”.

Məlumat üçün bildirək ki, 2019-cu il iyulun 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunub.

Azərbaycan Müdafiə Nazirliyinin avqustun 19-da verdiyi məlumata görə, təyyarənin “qara qutu”su tapılıb. Avqustun 20-də isə pilotun nəşi tapılıb. Ertəsi gün Rəşad Atakişiyevin nəşi II Fəxri xiyabanda dəfn edilib. 7 may 2021-ci ildə Hərbi Pilot polkovnik-leytenant Rəşad Atakişiyevə Şəhid statusu verilib.

Rəşad Atakişiyev ailəli olub. Vətənə yadigar iki övladı qalıb.

Onu da qeyd edək ki, mərhum Rəşad Atakişyev keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynlinin kürəkənidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 İyun 2025 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri