Icma.az
close
up
RU
Piriyev danışdı: Pulu verdim, onlardan səs çıxmadı...

Piriyev danışdı: Pulu verdim, onlardan səs çıxmadı...

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daxili İşlər Nazirliyi Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrlik etdiyi prosesdə zərərçəkmiş Qurban Piriyev ifadəsini davam etdirib.

O, Rasim İldırımzadənin vəkilinin suallarını cavablandırarkən bildirib ki, təqsirləndirilən şəxslərə Azərbaycanda biznes qurmaq məqsədilə pul verib:

“Biznes qurmaq üçün ərazi axtarırdım. Yanında göl olan geniş sahədən kiçik bir hissəni almaq barədə razılığa gəldik. Ərazinin pulunu ödədikdən sonra uzun müddət onlardan xəbər çıxmadı, nəticədə məsələ bu həddə çatdı”.

Şahid Natiq Xəlilov bildirib ki, təqsirləndiriləndən yalnız Qoşqar Məmmədov onun dostudur, qalanlarını tanımır:

“Qurban Piriyevin vəzifəyə təyin olunması ilə bağlı evdə gedən söhbətlərdə Rasim İldırımzadənin adını eşitmişdim. Onu da anam danışanda bilmişəm. Anam isə artıq vəfat edib. Buna görə məni şahid qismində çağırıblar. Anamla Qoşqar bu mövzuda danışıblar. Dəqiq olaraq Qurban Piriyevə hansı vəd verildiyini bilmirəm”.

Digər şahidin ifadəsi üçün məhkəmə prosesi mayın 13-dək təxirə salınıb.

İstintaq sənədlərinə əsasən, Rasim İldırımzadə həbsindən əvvəl istintaqdan yayınaraq axtarışda olub. O, saxlanıldıqdan sonra məhkəmənin qərarı ilə həbs edilib. Daha sonra onunla birlikdə Zaur Mirzəzadə və Qoşqar Məmmədov da eyni qaydada həbs olunublar.

İstintaq zamanı onlar əvvəlcə ev dustaqlığına buraxılıblar, daha sonra barələrində “başqa yerə getməmək” barədə qətimkan tədbiri seçilib.

Onların əməllərindən zərərçəkən iş adamı Qurban Zeynəddin oğlu Piriyevdir. O, əvvəllər müxtəlif dövlət orqanlarında vəzifələrdə çalışıb. Onu aldadan şəxslərlə tanış edən isə Balakən rayon sakini Hürü Əmiraslanova olub. Hürü Əmiraslanova da bu iş üzrə cinayət məsuliyyətinə cəlb edilib. Lakin istintaq zamanı vəfat etdiyi üçün onunla bağlı cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

İttihama görə, təqsirləndirilən şəxslər Qurban Piriyevi Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağı vədi ilə aldadıblar. Cinayətin əsas təşkilatçısı isə Rasim İldırımzadədir. O, qurduğu plan vasitəsilə zərərçəkəni inandıra bilib. Rasim İldırımzadə qrupun digər üzvü Qoşqar Məmmədovu Prezident Administrasiyasında çalışan yüksək vəzifəli şəxs kimi təqdim edib və onun bütün məsələləri həll edəcəyini deyib. Zaur Mirzəzadəni isə guya həmin strukturlarda işləyən, “Nihat” adlı mötəbər şəxs kimi tanıdıb.

İşi təşkil edənlərin nüfuzlu şəxslər olduğuna inanan Qurban Piriyev icra başçısı olmaq üçün Rasim İldırımzadənin adamlarına bir neçə dəfə olmaqla ümumilikdə 510 min manat pul və 34 min manat dəyərində qızıl-zinət əşyaları verib.

Daha sonra aldadıldığını anlayan Qurban Piriyev polisə müraciət edib. İlkin istintaq dövründə ona dəymiş ümumilikdə 544 min manat ziyanın 85 min manatı Rasim İldırımzadə, 20 min manatı isə Zaur Mirzəzadə və Qoşqar Məmmədov tərəfindən geri qaytarılıb.

Qeyd edək ki, Rasim İldırımzadənin qardaşlarından biri Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Aprel 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri