Icma.az
close
up
RU
Pirosmani, Maleviç, heyrətdən bərəlmiş gözlər və qır qazanı...

Pirosmani, Maleviç, heyrətdən bərəlmiş gözlər və qır qazanı...

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Bəlkə heç rəssam Pirosmani yerli-dibli yoxuymuş? Bəlkə gürcü Pirosmani yox, bir azərbaycanlı ədibin iddia etdiyi kimi, azərbaycanlı Pirosmanlı varmış?.. 

Blimirəm, bildiyim bircə odur ki, hər halda, belə rəssam həqiqətən də olub, bəzi rəsmləri qalıb, muzeylərdə sərgiləri var, haqqında çox yazılar yazılıb! 

İlk dəfə haqqında oxuyanda-eşidəndə diqqətimi bir ştrix çəkmişdi: əsərlərindəki varlıqların qeyri-adi dərəcədə böyük gözləri vardı! Sanki heyrətdən bərəlmiş bu gözlərdə bir sual həkk olunmuşdu: "Tanrım, sənin tərifli dünyan elə bu imiş?”.. 

Eyni təəssüratı mən müxtəlif vaxtlarda daha iki rəsmlə bağlı yayamışdım. Biri, səhv etmirəmsə, rus rəssamı Vrubelin rəsmi idi: qadının gözlərində qeyri-adi təlaş, həyəcan vardı və konkret tarixi dövrə proyeksiya olunsaydı deyərdin ki, bu qadın-əfsanə sanki qarşıdan gələn qanlı qovğaları-dünya müharibəsini, qanlı-qadalı inqilabları, on milyonlarla insanın həyatını aparan böyük siyasi utopiyaları irəlicədən duyub, hiss edibmiş...

Digər rəsmsə, başqalarını bilmirəm, şəxsən mənə yenidənqurma illərində açılan bir rəsm oldu - söhbət Maleviçin "Qara kvadrat”ından gedir. 

Ona da mən heyrətdən bərəlmiş göz və hər tərəfi bürümüş qatı qara zülmət kimi baxıram. Əlbəttə, Maleviçdən ruhlanıb başqa "düzgün qara çoxüzlülər” çəkənlər də olub deyilənlərə görə, amma tamam mənasız bir məşğuliyyətdi, "Qara kvadratı” bircə dəfə çəkmək olar, elə Pirosmaninin personajlarının gözləri kimi...

Bəli, Pirosmaninin, Vrubelin və yaxud da Maleviçin ardınca bu qos-qoca, "üzü üzlər görmüş” dünyaya baxır-baxır, axırda da durub təkrar-təkrar deyirsən: "Tanrım, sənin tərifli dünyan budurmu? Axı bunun, lap bizim gözəl şairlərdən birinin dediyi kimi, iti bazarında atından bahadır!”...

Bağırmaq istəyirsən ki, Tanrım, bu nə dərddir vermisən mənə, hamıya çəkə biləcəyi qədər dərd versəydin daha yaxşı olmazdımı? Həm də mən artıq bilmirəm, neçənci azərbaycanlıyam ki, hayqırmaq üstəyirəm: axı nə yaman olurmuş anlamaq dərdi!..

Yaşlaşmışam, daha gücüm də çatmır ki, araqla ovundurum özümü. Burada yadıma bir detal düşür, özü də şair Əlağa Vahiddən bəhs edən "Qəzəlxan” filmindən. Amma bəri başdan deyim ki, Vahidi heç də poeziya ulduzu hesab etmirəm, baxmayaraq ki, dəfələrlə demişəm və hətta yazmışam, ən azı nə qədər, muğamat var, üç şair yaşayacaq - Fizulu, Seyid Əzim və Vahid!.. 

Fəqət, şəxsən mənə elə gəlir ki, bir çoxunun sevmədiyi Süleyman Rüstəm (məncə, o, Azərbaycan sovet şairləri arasında ən istedadlılardan biridir!) yalnız qəzəl yazmağı qarşısına məqsəd qoysaydı, Vahiddən qat-qat güclü qəzəlxan olardı.

Amma şair Vahiddən başqa insan Vahid də vardı və odur ki, deyirəm: bəli, Vahiddən güclü qəzəlxan ola biləcək şairlər vardı, fəqət, onlar insan Vahidin ömrünü yaşaya bilərdilərmi?..

Bilmirəm, nə qədər həqiqətdir, amma filmdə bir maraqlı epizod var. M.Bağırov Vahidə deyir: "De ki, mən ölüm, daha içməyəcəksən!” Vahid qayıdır ki: "Yox, ağa, içəcəyəm!”...

Mən, əlbəttə, nə Vahidəm, nə də qeyri ədib. Üstəlik, artıq altmışı da keçmişəm, bir tərəfdən də zəhrimara qalmış ürək! Odur ki, daha ürəyim istəyən qədər araq da içə bilmirəm... 

Arabir bir-iki bokal pivə içirəm yaxınlıqdakı pivnoylarda, amma bu da gözümdən gəlir: orada da mənə "ağsaqqal, ora keç, bura keç!” deyirlər. Az qalıram bağıram ki, ay uşaqlar, mən bura, iraq-iraq, ibadətə yox, bir-iki bokal pivə içməyə gəlmişəm!.. 

Ona görə də Tanrının işlərinə heyrət edə-edə kor-peşiman qayıdıram evə, amma yenə də özümə qoyulmuram, elə hey daha bir şairimizin misrasını deyirəm özüm - özümə: "salam, dar ağacı, əleykümsalam!” 

Ona görə ki, düşünürəm, mənim kimilər o qədər bədbəxtdirlər ki, onları heç o biri dünyada da cənnətdə gözləmirlər. Bu səbəbdən bəzən misranı dəyişib "Salam, QIR QZANI, əleykümsalam!” pıçıldayıram özümə...

Hüseynbala Səlimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Fevral 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2066

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see246

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see218

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see203

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see175

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see161

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see131

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri