Pirşağı sakinlərinin böyük dərdi Subasma və rezin qoxusu VİDEO
Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsinin Ağa Əlizadə küçəsinin sakinləri iki problemdən şikayət edirlər.
Metbuat.az xəbər verir ki, onlardan biri evlərə suyun dolması ilə bağlıdır.
Qəsəbə sakini Rüfət Kərimovun sözlərinə görə, hər dəfə yağış yağanda evlərə su dolur. Şikayətçi deyib ki, problem səbəbindən ərazidəki hasar çöküb:
"Bezmişik. Artıq neçə ildir əziyyət çəkirik. İcra orqanından, bələdiyyədən gəlib, baxıb gediblər".
R.Kərimov digər problemin evlərinin yaxınlığında açılan zavoddan qaynaqlandığını vurğulayıb:
"Dəfələrlə özlərinə demişəm. Rezinin qoxusundan evdə oturmaq mümkün deyil". O, qoxunun xərçəng xəstəliyi yarada biləcəyindən ehtiyat edir.
Ətraflı Baku TV-nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 08 Dekabr 2024 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















