Pirşağıda 31 baş qoyun oğurlanıb
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Sabunçu rayonu ərazisində baş vermiş oğurluqla bağlı polisə məlumat daxil olub. Xəbəri DİN mətbuat xidməti verib.
Sabunçu RPİ 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla dekabrın 16-da Pirşağı qəsəbəsində yaşayan şəxsin 9300 manat dəyərində 31 baş qoyununun oğurlandığı məlum olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 52 yaşlı C.Hacıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ
Baxış sayı:144
Bu xəbər 19 Dekabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















