Icma.az
close
up
RU
“Pis fikir formalaşsaydı, Santuş burda olmazdı” baş katib

“Pis fikir formalaşsaydı, Santuş burda olmazdı” baş katib

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində bu gün İslandiyanın qonağı olacaq.

Futbolpress.az Reykyavikdən xəbər verir ki, görüşdən öncə AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərin suallarını cavablandırdı. O, matç haqda fikirlərini bölüşdü:

– Bir neçə gündür, komanda burdadır. Təəssüratlarınız necədir, komanda hazırsınızmı? Baş məşqçi Fernandu Santuş hava, saat fərqini nəzərə alaraq, öncədən gəlməyi tələb etdi və bunu qəbul etdiniz. Maraqlıdır, bunların qarşılığında baş məşqçidən tələb nədir?
– Komandada əhval yaxşıdır, uşaqlar motivasiyalıdır. Tsikla yaxşı başlamaq istəyirik. Düşünürəm ki, belə də olacaq. O ki qaldı tələb məsələsinə… Tələb deyildi, müzakirələrin nəticəsi idi. Komandadan tələbimiz yoxdur, yəni, özləri özlərindən tələb etməlidir və məncə, edirlər. Hamımız yaxşı nəticə gözləyir.

– Tələb yoxdur, vəd var?
– İdmanda, xüsusilə futbolda vəd vermək düzgün deyil. Uşaqlar əllərindən gələni edəcəklər ki, yaxşı nəticə qazanıb, azarkeşləri sevindirə bilsinlər.

– Nəticəyə uyğun mükafat olacaq?
– Mükafat fondu var, amma bu, komanda daxili məsələdir. Uşaqlar motivasiyalıdır. Bunu bilmək yetərlidir.

– Hansı nəticə sizin üçün məqbul sayılacaq?
– Hər oyuna başlayanda qələbə istəyirsən. Biz də bunu istəyirik.

– İddialara görə, İslandiya və Ukrayna ilə oyunlar Santuşun gələcəyini müəyyənləşdirəcək. AFFA-da indidən bu məsələ haqda hansısa qənaətə gəlinib?
– Qənaət yoxdur. Hələ mərhələnin ilk oyunudur. Bədbin düşünmək olmaz. Pis fikir formalaşsaydı, Santuş burda olmazdı.

– U-21 millisi Portuqaliyada çətin oyuna çıxacaq. Bu yığmada nəyə ümid edirsiniz?
– Ayxan Abbasovun yaxşı işləri var. Yeni komanda formalaşır. Püşk elə gətirdi ki, ilk oyunda ən çətin rəqib gəldi. Səfərdə oynayacağıq. Məsələ sınaqdan üzüağ çıxmaqdır.

Elçin Cəlilov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 05 Sentyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri