Icma.az
close
up
RU
PISA 2025 nə vəd edir? Ekspert AÇIQLADI

PISA 2025 nə vəd edir? Ekspert AÇIQLADI

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"PISA beynəlxalq qiymətləndirilməsi şagirdlərin sadəcə nəzəri biliklərini deyil, qazanılmış akademik kompetensiyaları real həyat situasiyalarında nə dərəcədə effektiv tətbiq edə bildiklərini, yəni funksional savadlılığı ölçən və qlobal təhsil sistemlərinin keyfiyyətini, həmçinin bərabərliyini diaqnostika edən ən nüfuzlu müqayisəli monitorinq platformasıdır. Pedaqogika və təhsilin idarəolunması üzrə daha geniş müstəvidə yanaşdıqda, bu tədqiqat idrakın üst səviyyələrini — təhlil, sintez və tətbiq bacarıqlarını yoxlayaraq, şagirdlərin oxu, riyazi və təbiət elmləri savadlılığını kontekstual data analizi vasitəsilə sosioloji baxımdan qiymətləndirir".

Bu fikirləri Redaktor.az-a Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirdi.

"PISA-2025 mərhələsi Azərbaycan təhsili üçün müstəsna strateji üstünlüklər vəd edir. Belə ki, bu tədqiqat ilk növbədə subyektiv mülahizələrə deyil, tamamilə obyektiv və beynəlxalq səviyyədə təsdiqlənmiş datalara əsaslanan təhsil siyasətinin formalaşdırılmasına imkan yaradacaq və "2022–2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyası"nda hədəflənən 20 bal irəliləyiş göstəricisini real meyarlarla ölçməyə xidmət edəcəkdir".

Onun sözlərinə görə, ən fundamental üstünlüklərdən biri odur ki, əvvəlki dövrlərdən fərqli olaraq, PISA-2025-də Azərbaycan ilk dəfə yalnız Bakı şəhəri ilə deyil, bütün regionları (241 məktəb, 7432 şagird) əhatə edən və ölkə üzrə ümumi mənzərəni əks etdirən seçimlə iştirak etmişdir:

"Bu addım şəhər və kənd məktəbləri arasındakı təhsil keyfiyyəti fərqini tam çılpaqlığı ilə ortaya qoyaraq, effektiv bir regional təhsil xəritəsi cızmağa və resursları düzgün bölüşdürməyə kömək edəcəkdir. Eyni zamanda, PISA standartları ölkədə səriştəəsaslı kurikulum islahatlarını, STEAM təhsil modelinin tətbiqini sürətləndirir və gələcəkdə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda da tədricən hafizəyə əsaslanan testlərdən fənlərarası funksional bacarıqları ölçən tapşırıqlara keçidi stimullaşdırır. Qlobal bilik iqtisadiyyatında investorların ölkələrin insan kapitalı potensialını məhz PISA indekslərinə əsasən dəyərləndirdiyini və Azərbaycanın 2029-cu il tədqiqatında iştirak üçün indidən rəsmi müqavilə bağladığını nəzərə alsaq, bu proses ölkə təhsilinin şəffaflığa açıq olduğunu nümayiş etdirir və uzunmüddətli dövrdə milli əmək bazarının qlobal rəqabətədavamlılığını gücləndirir. Beləliklə, PISA-2025 tədqiqatının elmi-empirik bazası daxili sistem problemlərini və şagirdlərin oxu bacarıqlarındakı boşluqları dəqiq diaqnoz edərək, Azərbaycan təhsilinin növbəti onillik üçün yol xəritəsini müəyyənləşdirəcək əvəzedilməz bir idarəetmə alətidir".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Sentyabr 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri