Icma.az
close
up
RU
Pişik sahibini öldürə bilər Yeni virus yayılıb

Pişik sahibini öldürə bilər Yeni virus yayılıb

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Almaniyanın Bavariya bölgəsində bir şəxsin “Borna Xəstəliyi Virusu 1” (BoDV-1) səbəbilə həyatını itirməsi, pişik sahibləri üçün ciddi təhlükə yaradıb. Virusun daşıyıcısı olan Avropa siçanlarının təbii mühitdə yaydığı bu ölümcül infeksiya, pişiklər vasitəsilə insanlara keçə biləcəyi məlum olub.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “BoDV-1” virusu daşıyıcı siçanların sidik, nəcis və tüpürcəyi ilə ətraf mühitə yayılır.

Özləri xəstəlik əlaməti göstərməyən bu siçanlar, digər məməliləri və insanları ciddi risk altına salır. Xüsusilə pişiklərin bu gəmiriciləri ovlayaraq evə gətirməsi, virusun insanlara dolaylı ötürülmə ehtimalını artırır.


"Robert Koch" İnstitutunun apardığı araşdırmalara görə, “BoDV-1” səbəbilə baş verən 8 ölüm hadisəsindən 7-si pişik sahibi olan şəxslərdə qeydə alınıb. İnstitutun epidemioloqu Prof. Kirsten Pörtner, pişiklərin ağız və tüklərində qalan yoluxmuş toxumaların, insanlara qucaqlaşma, qum qabının təmizlənməsi və ya ov qalıqları ilə təmas zamanı keçə biləcəyini bildirib.


Virus, hazırda əsasən Cənubi və Şərqi Almaniyada, eləcə də Avstriya, İsveçrə və Lixtenşteyndə məhdud şəkildə yayılıb. Lakin mütəxəssislər bildirir ki, bildirilməyən real yoluxma hallarının sayı daha yüksək ola bilər.


İnsanlarda xəstəlik ilk olaraq qızdırma və baş ağrısı ilə başlayır, daha sonra əzələ nəzarətinin itməsi, qıcolmalar və komaya qədər irəliləyə bilər. Virusun hazırda nə vaksini, nə də təsirli bir müalicəsi mövcuddur.


Pişik sahibləri üçün vacib xəbərdarlıq və tövsiyələr isə bunlardır:


- Ölü və ya xəstə siçanlara heç vaxt əlcəksiz toxunmayın.
- Pişik ilə təmasdan və qum qabının təmizlənməsindən sonra əllərinizi sabunla ən az 20 saniyə yuyun.
- Pişiyin ov qalıqları ilə təmas zamanı əlcək və lazım olduqda maska istifadə edin.
- Pişiyinizdə davranış dəyişikliyi, yerimə pozuntusu və ya büdrəmə kimi nevroloji əlamətlər müşahidə etdikdə dərhal baytara müraciət edin.
- Özünüzdə izah olunmayan qızdırma, baş ağrısı və ya sinir sistemi ilə bağlı əlamətlər varsa, dərhal həkimə müraciət edin.


Mütəxəssislər hesab edir ki, pişiklərlə gəmiricilərin təmasının qarşısını almaq və şəxsi gigiyenaya riayət etmək bu ölümcül virusdan qorunmanın ən effektiv yoludur.


Bəsti Rəfizadə
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://sfera.az
archiveBu xəbər 10 İyun 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri