Icma.az
close
up
RU
Pişikləri xüsusi edən özəlliklər və hərəkətlərinin mənası Video

Pişikləri xüsusi edən özəlliklər və hərəkətlərinin mənası Video

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pişiklər insanların sevimli hesab etdiyi və evdə saxlamağa üstünlük verdiyi heyvanlardan biridir. Bununla belə, insanların bir çoxu bu canlılar haqqında  maraqlı faktlardan xəbərsizdirlər.

Ölkə.Az pişiklərlə bağlı maraqlı faktları təqdim edir:
Pişiklər xiyardan qorxurlar, bunun səbəbi isə sevimli canlıların bu tərəvəzi ilana bənzətməsidir.
Ev pişiyinin genomunun 95,6%-i pələngdir və onların cəngəllik əcdadları ilə bir çox oxşar xüsusiyyətləri var.
Öz uzunluqlarının altı qatına qədər tullana bilirlər. 
Pişiklərin körpücük sümükləri digər sümükləri ilə birləşmir, çünki bu sümüklər çiyin əzələlərinin içərisindədir.
Havadakı qoxuları dadmağa imkan verən əlavə orqanı var.
Baş ölçüsünün nisbətinə görə ən böyük gözlərə malik məməlilərdir. Onlarda miyopiya var, lakin yaxın görmələri və gecə görmələri daha yaxşıdır.
Gəzərkən çox az səs-küy salırlar. Pəncələrinin qalın, yumşaq yastıq formasında olması, ovlarına səssizcə yaxınlaşmağa imkan verir.
Dar yerlərdə yeriyərkən və ya tullanarkən tarazlıqlarını qorumaq üçün quyruqlarından istifadə edirlər.
Balaca yerlərə girmək istəyərkən oraya sığıb-sığmayacaqlarını yoxlamaq üçün bığları onlara kömək edir. Çünki bığları bədənləri ilə eyni genişlikdə olur və onları əsla kəsmək olmaz.
Pişiklər dəvə və zürafələr kimi gəzir. Əvvəlcə sağ, sonra isə sol ayağını hərəkət etdirərlər. Sürətli hərəkətləri qavrasalar da, yavaş hərəkət edənlərin dayanmış olduğunu düşünürlər.
Gündə 12-16 saat yatırlar. Ən çox səhər erkəndən və axşam saatlarında aktiv olurlar. Tualet məsələsində çox həssasdırlar. Birdən çox pişiyiniz varsa, hər biri üçün ayrılıqda qum qabı almalısınız. Oyaq saatlarının üçdə birini özlərini yalayaraq təmizləməklə keçirirlər. Evdə qaldıqda daha uzun yaşayırlar.
Xəstə və ya narahat olduqlarında mırıldayırlar. Bu, onların özlərini sakitləşdirmə davranışıdır.
Dişi pişiklər yalnız 4 aylıq olduqda hamilə qalmaq qabiliyyətinə malikdirlər.
Üzüm, kişmiş, soğan və sarımsaq pişiklər üçün son dərəcə zərərli qidalardır. Üzüm və kişmiş pişiklərdə böyrək çatışmazlığı yaradır. Soğan və sarımsaq isə onun mədə-bağırsaq sistemini poza və anemiyaya səbəb ola bilər. 
Pişiklər çox vaxt dadsız yeməklərdən imtina edirlər. Bəzi pişiklər zeytun, kartof cipsi kimi qidaları çox sevirlər. Sitrus qoxularını xoşlamasalar da, bəziləri xlor iyini sevir.
Əgər pişiyinizi gün ərzində aktiv saxlasanız və axşam dadlı yemək versəniz, gecələr daha yaxşı yatacaq. 
Bala pişikləri ən tez 8 həftəlik olanda qısırlaşdırmaq mümkündür. Ən gec 5 ayına qədər bunu etmək lazımdır. Qısırlaşdırma ilə pişiyinizin ömrünü uzada bilərsiniz. Qısırlaşdırılan erkək pişiklər 62%, dişilər isə 39% daha uzun yaşayır.
Əgər pişiyin quyruğu sual işarəsi formasındadırsa, o sizdən oynamaq istəyib-istəmədiyinizi soruşur. 
Yavaşca göz qırpması isə “pişik öpüşü”dür. Bu hərəkət sizə güvəndiyini və məmnun olduğunu göstərir. Pişiklərin 100 fərqli səs tonu olduğu halda itlərdə bu say 10-a bərabərdir.
Dalaşarkən əsnəməklə davanı saxlayırlar. Pişiklərlə birbaşa göz təmasında olsanız, bunu təhdid kimi qəbul edəcəklər. Pişiklərin tısıldaması aqressiyanı yox, özünü müdafiə etdiyini göstərir. Pişiyin arxasını üzünüzə sürtməyi onların dostluq hərəkətidir.
Əgər pişiyiniz düz və titrəyən quyruğu ilə sizə yaxınlaşırsa, bu o deməkdir ki, o, sizi görməkdən son dərəcə xoşbəxtdir. İtlər xoşbəxt olanda quyruqlarını yellətsə də, pişiklərdə vəziyyət tərsinədir. Əgər pişik quruğunu yellədirsə, bu o deməkdir ki, onun əsəblərinə toxunmusunuz. Yoğurmaq hərəkətinə bənzəyən davranışları onların məmnun və xoşbəxt olduğunu göstərir.
Miyoldamaq pişiklərin yalnız insanlarla ünsiyyət qurmaq üçün inkişaf etdirdiyi bir davranışdır. Uzanaraq qarnını açması sizə güvəndiyini, pəncələri ilə sizə vurması isə sizinlə oynadığını göstərir.
Su qabı məsələsində çox həssasdırlar. Bunun əvəzinə krandan su içməyə üstünlük verirlər. Yastıq, çirkli paltarlar və s. kimi sahibinin qoxusu olan əşyaların üzərində yuxuya getməyi sevirlər.
Stabs adlı narıncı pişik 1997-i ildən 2017-ci ildə ölənədək Alyaskada Talkitna bölgəsinin fəxri meri olub.
Pişiyin öyrənmə tərzi 2-3 yaşlı uşaqla təxminən eynidir. Bu canlıların insest tabuları yoxdur, qardaş və bacıları ilə cütləşirlər. Hər bir pişiyin burun izi insandakı barmaq izləri kimi təkrarsızdır.
İnsanlar kimi yuxu görə bilirlər. Bu canlılar insanları böyük, tüksüz pişiklər kimi qəbul edirlər.
Mavi gözlü ağ pişiklər karlığa meyillidirlər. Narıncı pişiklərin yalnız 20%-i dişidir. Ləzzətli, duzlu, acı və turş dadları dada bilərlər, lakin şirniyyatları dadmırlar. Pişiklərin bığları insan barmaqlarının ucları qədər həssasdır və onlara çox kömək edir.
Pişiklərin mebellərini cırmaqlamasının səbəbi həmin yeri öz ərazisi kimi işarələməsidir. Belə ki, onlar caynaqları ilə mebeli qaşıyanda öz qoxularını buraxırlar. Bu da o deməkdir ki, məsələn, “divanın bu hissəsi mənimdir, buradan uzaq durun”. Yəni bu, pişiyinizin sizi sevdiyi mənasına gəlir.
Blekki adlı pişik 12.5 milyon dollarlıq sərvəti ilə Ginnesin Rekordlar Kitabına düşüb. Belə ki, onun sahibi olan milyonçu bütün varidatını pişiyə vəsiyyət etmişdi.
İndiyə qədər yaşamış ən yaşlı pişiyin öləndə 38 yaşı var idi.

Billurə Yunus

View this post on Instagram

A post shared by Ölkə Az (@olke.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Dekabr 2024 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri