Icma.az
close
up
RU
Pişiyin etibarını qazanmağın sadə yolu

Pişiyin etibarını qazanmağın sadə yolu

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Alimlər müəyyən ediblər ki, pişiklə ünsiyyət qurmağın ən sadə yollarından biri yavaş-yavaş göz qırpmaqdır.

"Ölkə.az" xəbər verir ki, bu barədə "ScienceAlert" nəşri yazıb.

Nəşrin məlumatına görə, aparılan araşdırmalar göstərib ki, pişiklər gözlərini qıyaraq və yavaş-yavaş göz qırpan insanlarla daha asan ünsiyyət qururlar.

Mütəxəssislər qeyd edirlər ki, söhbət adi insan təbəssümündən deyil, "pişik təbəssümü" adlandırılan spesifik mimikadan gedir. Bu, adətən rahat vəziyyətdə olan pişiklərin nümayiş etdirdiyi, yarımqapalı gözlər və asta gözqırpma hərəkətləri ilə xarakterizə olunan davranışdır.

Sasseks Universitetinin psixoloqu Karen Makkomb bildirib ki, tədqiqatın nəticələri pişiklərlə insanların bu üsulla qarşılıqlı ünsiyyət qura bildiyini təsdiqləyib. Onun sözlərinə görə, bir çox ev heyvanı sahibləri belə bir əlaqə mexanizminin mövcud olduğunu uzun müddətdir güman edirdilər.

Birinci eksperiment çərçivəsində alimlər 14 ailəyə məxsus 21 pişiyi müşahidə ediblər. Sahiblərdən pişiklər onlara baxarkən yavaş-yavaş göz qırpmaları xahiş olunub. Nəticələrin təhlili göstərib ki, passiv davranışla müqayisədə heyvanlar bu jestə daha çox eyni şəkildə - yavaş göz qırpmaqla cavab veriblər.

İkinci eksperimentdə isə səkkiz ailədən 24 pişik iştirak edib. Bu dəfə heyvanlarla əvvəllər heç bir təması olmayan tədqiqatçılar ünsiyyət qurublar. Yavaş gözqırpma və uzadılan əldən sonra pişiklər nəinki eyni jestlə daha çox cavab verib, həm də insanlara daha həvəslə yaxınlaşıblar.

Karen Makkombun sözlərinə görə, bu nəticələr yavaş gözqırpmanın pişiklər və insanlar arasında ünsiyyətdə mühüm rol oynadığını eksperimental şəkildə təsdiqləyən ilk elmi araşdırmadır.

Tədqiqat müəllifləri hesab edirlər ki, bu cür qarşılıqlı davranış insanla heyvan arasındakı əlaqələrin möhkəmlənməsinə kömək edə bilər. Bundan əlavə, həmin üsul pişiklərin rifahının müxtəlif şəraitlərdə, o cümlədən baytarlıq klinikalarında və heyvan sığınacaqlarında qiymətləndirilməsi üçün də faydalı ola bilər.

Qeyd olunur ki, müasir elmi araşdırmalar pişiklərin əvvəllər düşünüldüyündən daha inkişaf etmiş sosial və koqnitiv qabiliyyətlərə malik olduğunu göstərir. Belə ki, onlar öz adlarını tanıya, insanların onlara münasibətinə reaksiya verə və sahibləri ilə güclü emosional bağ qura bilirlər.(oxu.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 İyun 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri