Icma.az
close
up
RU
Pişiyinizin hansı əhvalda olduğunu başa düşmək üçün onun davranışına baxmaq kifayətdir

Pişiyinizin hansı əhvalda olduğunu başa düşmək üçün onun davranışına baxmaq kifayətdir

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pişiklər çox maraqlı və bəzən də tamamilə gözlənilməz heyvanlardır. Əgər sizdə pişik varsa və onun nə düşündüyünü heç vaxt merak etmisinizsə, bilin ki, bu sual təkcə sizi deyil, bir çox insanı düşündürür.

Lent.az xəbər verir ki, pişiklər sahiblərini tez-tez özündən çox böyük və bir az çətin hərəkət edən “pişik” kimi qəbul edə bilir. Pişiklərin əhilləşmə tarixini və insan-pişik münasibətlərini illərlə araşdıran yazıçı kitabında qeyd edir ki, pişiklərin insanlara davranışı, əslində, onların digər pişiklərə davranışından demək olar ki, fərqlənmir.

Məsələn:
Pişiklər sahiblərinə yaxınlaşanda quyruğu qaldırır və ona sürtünür bu, digər pişiklərlə salamlaşma üsullarının tam eynisidir.

Onlar hətta sahiblərini yalayır bu da digər pişiklərə göstərdikləri qayğının bir növüdür. Əslində pişiyiniz sizi iki ayağı üzərində gəzən, niyə geyim geyindiyini anlamadığı, qəribə hərəkətlər edən böyük bir pişik kimi görür. O, sizin növbəti dəfə hansı maraqlı və qəribə hərəkəti edəcəyinizi düşünə bilər.
Pişiklər nə düşünə bilər?
İnsanlar heç vaxt pişiyin tam olaraq nə düşündüyünü bilməsələr də, onun nə hiss etdiyini başa düşmək mümkündür — bunun üçün üz ifadələrini və bədən dilini oxumağı öyrənmək kifayətdir. Tədqiqatlar göstərib ki, əksər insanlar pişiklərin üz ifadələrini düzgün oxuya bilmir.

Aşağıdakı əlamətlər pişiyin hansı vəziyyətdə olduğunu anlamağa kömək edir:
Pişik sakit, rahat və məmnundursa:
bədəni boş və rahatdır;
qulaqları neytral vəziyyətdədir;
bığları (üşkürləri) də rahatdır;
göz bəbəkləri incə şaquli xətt formasındadır.
Pişik yüngül stress yaşayırsa:
bədəni gərgin olur;
başını yana çevirə bilər;
bədəni arxaya əyilir və ya yerə doğru daha alçaq dayanır;
üşkürlər irəli uzanır;
göz bəbəkləri bir az böyüyür.

Pişik çox stress içindəsə, qorxubsa və ya panikadadırsa:
qulaqları geri çəkilir və ya başa sıxılır;
quyruğu yerdən çox aşağıda olur;
bədəni yerə sıxılır;
tüklər bədən və quyruq boyunca qalxmış olur (bəzən bel qövs şəklində olur);
göz bəbəkləri maksimum genişlənir;
əlavə olaraq pişik şırıltı çıxara, tüpürə, qüruldama, pəncə ilə vura bilər.
Hətta pişiyinizin nə düşündüyünü tam öyrənməsəniz də, onun sirli beynində nə baş verdiyini təsəvvür etmək maraqlı ola bilər. Növbəti dəfə pişiyinizə baxanda onun üz ifadəsinə və bədən dilinə fikir verin. Ola bilsin ki, o sadəcə belə düşünür: “Səni nə qədər çox sevdiyimi bilsən yaxşı olar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 Noyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see527

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see347

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see290

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see232

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see177

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see167

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see164

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see155

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see151

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see147

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see145

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see142

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see139

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see138

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see138

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see136

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see135

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see135

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see134

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri