Pistorius Şolzun Ukraynaya yardıma mane olması ilə bağlı şayiələrə münasibət bildirib
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, “Tagesspiegel”ə müsahibəsində nazir əmin edib ki, kansler Olaf Şolz Ukrayna ordusuna 3 milyard avroluq dəstək paketini əngəlləmir.
O, bütün siyasi məsələlər həll olunandan sonra bu məsələnin həllini gözlədiyini deyir: “Heç bir blokada yoxdur, biz Müdafiə Nazirliyində Ukraynaya yeni yardım paketi hazırlamışıq. İndi bu, siyasi yolla həll olunmalıdır - bütün məsələlər aydınlaşan kimi mən müvafiq qərar gözləyirəm”, - deyə bildirib.
Xatırladaq ki, ötən gün “Der Spiegel” nəşri Almaniyanın xarici işlər naziri Annalena Baerbok və müdafiə naziri Boris Pistoriusun seçkilər öncəsi Ukraynaya hərbi dəstək üçün təxminən 3 milyard avro ayırmaq istədiklərini yazmışdı.
Jurnalistlərin fikrincə, Şolz bir neçə səbəbə görə bu fikri dəstəkləməyib. Bunlardan biri də gələcək Almaniya hökumətinə bir faktı təqdim etmək istəməməsidir.
Baerbok Ukraynaya yardımı artırmağa çağırır, çünki digər Avropa ölkələrinin təhlükəsizliyi onun təhlükəsizliyindən asılıdır.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 13 Yanvar 2025 08:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















