Icma.az
close
up
RU
Pistorus Kiyevə yeni hərbi yardım vəd edib

Pistorus Kiyevə yeni hərbi yardım vəd edib

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Almaniyanın müdafiə naziri vəzifəsini icra edən Boris Pistorius yaxın illərdə Kiyevə daha çox "IRIS-T" hava hücumundan müdafiə sistemi və 1100-dən çox yerüstü müşahidə radar sistemi daxil olmaqla yeni hərbi yardım vəd edib.

Bizimyol.info xəbər verir ki, o, bunu Almaniya və Böyük Britaniyanın sədrliyi ilə ilk dəfə keçirilən Ukraynaya silah tədarükü üzrə təmas qrupunun görüşü üçün NATO-nun mənzil-qərargahına gələrkən deyib.

"Bu, orta və uzunmüddətli planlaşdırmanın bir hissəsidir", - deyə Pistorius bildirib. Onun sözlərinə görə, bu il Almaniya Kiyevə daha dörd "IRIS-T" sistemi, 300 idarə olunan raket və 100 radar verəcək. Bundan əlavə, yardım paketinə 15 "Leopard 1A5" tankı, 300 kəşfiyyat pilotsuz təyyarəsi, 25 "Marder" piyada döyüş maşını, 14 artilleriya qurğusu və 100 minə yaxın artilleriya mərmisi daxildir.

Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silahla təmin edən ölkədir. Ukraynada münaqişə başlayandan bəri Almaniya Kiyevə təxminən 44 milyard avro dəyərində müxtəlif növ yardım edib. Rusiya tərəfi dəfələrlə qeyd edib ki, Kiyevə daha çox silah verilməsi yalnız münaqişənin uzanmasına gətirib çıxarır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Aprel 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri