Pit Heqset: “ABŞ İranın nüvə potensialına qarşı müxtəlif variantları nəzərdən keçirir“
Icma.az, Moderator.az saytına istinadən bildirir.
"ABŞ İranın nüvə imkanlarını təsirsiz hala gətirmək məqsədilə müxtəlif addımları dəyərləndirir, həmçinin rəsmi Tehranın bu proqramdan öz istəyi ilə kənara çəkilməsi ehtimalını da diqqətdə saxlayır".
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin hərb naziri Pit Heqset açıqlama verib.
Jurnalistin ABŞ-nin İranın nüvə yanacağını müsadirə etməyə hazır olub-olmaması ilə bağlı sualına cavab verən Pentaqon rəhbəri deyib ki, Prezident Tramp İranın nüvə potensialını diqqət mərkəzində saxlayır.
"Bizim müxtəlif alternativlərimiz mövcuddur. Buraya İranın bu imkanlardan imtina etməsi qərarı da daxildir. Nələr edəcəyimizi və ya hansı addımları atmağa hazır olduğumuzu bütün dünyaya konkret şəkildə açıqlamayacağam, lakin şübhəsiz ki, bizim fərqli variantlarımız var".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 13 Mart 2026 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















