Icma.az
close
up
RU
Pit Heqsetin çıxışı müzakirə yaratdı

Pit Heqsetin çıxışı müzakirə yaratdı

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

ABŞ-nin müdafiə naziri Pit Heqset Pentaqonda təşkil edilən tədbirdəki çıxışı zamanı İncildən bir ayəni yanlış sitat gətirərək "Pulp Fiction" filmindən bir replika işlətməsi ilə gündəmə gəlib.

"Cebheinfo.az" xəbər verir ki, “T24”-də yer alan xəbərə görə, Heqset İranda məhsul qaldığı bildirilən bir ABŞ döyüş pilotuna qarşı həyata keçirilən axtarış-xilasetmə əməliyyatı ilə bağlı dəyərləndirmələr apararkən dinləyicilərə dua çağırışı edib.

Çıxışında "Qəzəbimi üzərinizə yağdırdığımda çağrı kodumun Sandy 1 olduğunu biləcəksiniz" ifadələrini işlədən Heqsetin bu sözləri qısa müddətdə diqqət çəkib.

Sözügedən ifadələrin "Ezekiel 25:17" ayəsinin orijinal mətni ilə üst-üstə düşmədiyi, əksinə Kventin Tarantino tərəfindən kinoya uyğunlaşdırılan versiyadan götürüldüyü bildirilib.

Ayənin İncildəki real forması "onlardan böyük bir qəzəb və şiddətli töhmətlərlə intiqam alacağam" şəklində yer alsa da, filmdə bu mətn dəyişdirilərək daha dramatik hala gətirilib və Samuel L. Cekson tərəfindən canlandırılan personaj tərəfindən səsləndirilib.

Heqset isə çıxışında sözügedən ifadənin ABŞ Hərbi Hava Qüvvələrinin döyüş axtarış-xilasetmə (CSAR) tapşırıqlarından biri olan "Sandy One" ilə əlaqələndirildiyini qeyd edib.

Bunun "CSAR 25:17" olaraq adlandırıldığını ifadə edən Heqset, həmin ifadənin "Ezekiel 25:17" ayəsinə bir göndərmə olduğunu düşündüyünü dilə gətirib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Aprel 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see354

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see332

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see279

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see276

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see237

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see204

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see200

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see196

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see189

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see180

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see176

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see155

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see150

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri