Icma.az
close
up
RU
Pittin şirkəti yeni serialın davamını çəkəcək

Pittin şirkəti yeni serialın davamını çəkəcək

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Bred Pitt
Hollivudun kino ulduzu Bred Pittin sahibi olduğu kino şirkəti tamaşaçıların böyük maraqla izlədiyi "Yeniyetmələr" serialının ikinci mövsümü üçün daha da cəlbedicidi yeni bölümləri çəkməyə hazırdır.
Reyting.az
"Deadline" nəşrinə istinadla bildirir ki, bu, çoxseriyalı, həm də baxımlı filmin "Netflix" platformasında kinohitə çevrilməsi yaradıcı heyəti ruhlandırıb. Elə bu səbəbdən tezliklə serialın davamının çəkilməsi və həmçinin uğurlar gətirəcəyi ehtimalı daha da yüksəlib.
Pittin "Plan B Entertainment" şirkətinin təmsilçiləri bildiriblər ki, "Netflix"-in ötən mövsümdə hitə çevrilmiş və rekord sayda tamaşaçı kütləsi toplayan "Yeniyetmələr" serialının növbəti bölümlərinin çəkmək üçün onlar yeni layihə planlaşdırırlar.
Bununla bağlı məlumat verənlər, serialın icraçı prodüserləri kimi çalışanlar, "Plan B Entertainment" şirkətinin rəhbərləri olan Dede Qardnerlə, digər bir əsas prodüser Ceremi Kleinerin sözlərinə görə, serialın "növbəti iterasiyası" ilə bağlı onlar hətta kinorejissor Phil Barantinini görüşə dəvət ediblər. Prodüserlər belə bir böyük layihə ilə əlaqədar rejissorla geniş, həm də uzun müzakirələr apardıqlarını təsdiqləyiblər.
Lakin Dede Qardner müzakirələrin təfərrüatlarından ətraflı söz açmayıb. Qardner vurğulayıb ki, hazırda onların ən əsas məqsədi yenilikdir:
"Çeşidimizi genişləndirmək və DNT-mizə sadiq qalmaq, özümüzü təkrarlamamaq. Ancaq bunu düşünürük".
Öz növbəsində Ceremi Kleiner bu serialın ulduzu, yaradıcılarından biri olan Stiven Qremin və ədəbi mənbənin müəllifi Cek Tornun yeni filmdə güclərini birləşdirib gözəl bir ssenari ortaya çıxaracaqlarına ümid etdiyini bildirib.
Kleiner, ssenariyə, həmçinin layihəyə göstərdiyi böyük səylərə görə B. Pittin əməyini xüsusi vurğulayıb:
"O, bu işi davam etdirəcək enerjiyə, həvəsə, əzmli sürətə malikdir".
Onu da qeyd edək ki, 13 mart 2025-ci ildə "Netflix"-də ilk dəfə debütünü edən "Yeniyetmələr" hazırda axın xidmətində ən populyar dördüncü ingilisdilli serialdır. Dörd seriyadan ibarət bu mini seriala 114,5 milyon insan baxıb.
Oqtay QORÇU
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://reyting.az
archiveBu xəbər 14 Aprel 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri