Icma.az
close
up
RU
Pivə daşıyan maşını aşdı: 25 ton pivə küçələrə dağılıb FOTO

Pivə daşıyan maşını aşdı: 25 ton pivə küçələrə dağılıb FOTO

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Meksikada Merida-Kampeçe magistral yolunda qəribə hadisə baş verib. Pivə daşıyan yük maşını aşıb, içərisindəki 25 tonluq pivə qutuları yerə tökülüb. Onlarla insan aşmış yük maşınını qarət etməyə tələsib.
Sfera.az bildirir ki, yük maşını sürücüsü sürət həddini aşaraq dönərkən idarəetməni itirib. Əvvəlcə tıxacda qalan sürücülər pivə yığmağa tələsib, daha sonra qonşu kəndin sakinləri də onlara qoşulub.


Əllərində qutu və yeşiklər olan insanlar yol boyu səpələnmiş pivəni yığıblar. Bəziləri daha çox "qənimət" əldə etmək üçün zədələnmiş damdan birbaşa qoşquya giriblər.
Yerli sakinlər aşmış yük maşınından 25 ton pivəni talayıblar
 

İştirakçılardan biri vaxt itirmədən qutunu açıb elə yerindəcə pivə içməyə başlayıb.
 

Hadisə noyabrın 28-də baş verib. İlkin məlumata görə, yük maşınının sürücüsü sürət həddini aşdığı üçün dönərkən nəqliyyat vasitəsini idarə edə bilməyib. Marşrutun 86-cı kilometrliyində qoşqu aşıb və bütün yük yerə səpələnib.
Qəzadan sonra yolda nəqliyyatın hərəkəti dayandırılıb. Əvvəlcə tıxacda qalan sürücülər pivə yığmağa tələssələr də, bir neçə dəqiqə sonra qəzadan xəbər tutan qonşu Təpakan kəndinin sakinləri də onlara qoşulub.
 

Hadisə yerinə gələn xilasedicilər yük maşını sürücüsünü müayinə edib. O, yalnız yüngül xəsarətlər alıb. Milli Qvardiyanın zabitləri vəziyyəti aradan qaldırmağa çalışıb. Adamları dağıtsalar da, polis heç kimi həbs etməyib.
 

Hadisə təkcə yol-nəqliyyat hadisəsi deyil, həm də yerli sakinlər üçün tez bir zamanda sosial şəbəkələrdə yayılan “pivə festivalı”na çevrilib.

Aysel


 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Dekabr 2024 00:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri