Icma.az
close
up
RU
Pivə qədim Peru imperiyasının hakimiyyətini möhkəmləndirməyə kömək edib (ARAŞDRMA)

Pivə qədim Peru imperiyasının hakimiyyətini möhkəmləndirməyə kömək edib (ARAŞDRMA)

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni elmi tədqiqat göstərir ki, qədim Perunun inkaqədərki Uari (Wari) sivilizasiyasının yüksəlişində psixodelik maddələrlə qarışdırılmış pivənin mühüm rolu ola bilər.

Qaynarinfo xəbər verir ki, "Live Science" portalının məlumatına görə, Uari imperiyasının çiçəklənmə dövrü eramızın təxminən 600–1000-ci illərinə təsadüf edib. Bu sivilizasiya mumiyalanmış basdırma yerləri, insan qurbanları və qızıl, gümüş və bürüncdən hazırlanmış incə sənət nümunələri ilə tanınır. Uarilər Peru ərazisinin böyük hissəsinə, eləcə də Argentina və Çilinin bəzi bölgələrinə nəzarət ediblər.

Psixodeliklərlə qarışdırılmış pivə

"La Revista de Arqueología Americana" jurnalında dərc olunan araşdırmada alimlər bildirirlər ki, Uari rəhbərləri psixodelik təsirə malik maddələri pivəyə əlavə etməklə ictimai birliyi və siyasi gücü möhkəmləndiriblər. Onların fikrincə, bu içkinin uzunmüddətli psixoloji təsiri günlərlə, bəzən hətta həftələrlə davam edib və ortaq ziyafətlərdə onu içənlər arasında güclü sosial bağlar yaradıb.

Tədqiqatda "Anadenanthera colubrina" (yerli dildə "vilka” adlanan) bitkisinin toxumlarının qalıqları aşkar edilib. Bu bitki "Schinus molle" adlı bitkidən hazırlanmış pivə qalıqları ilə birlikdə tapılıb. "Vilka"nın tərkibində psixodelik maddələr mövcuddur və onun pivə ilə qarışdırılması təsiri yumşaltsa da, daha uzun müddət davam etdirmiş ola bilərdi.

Araşdırmanın müəlliflərindən biri, Kanada Ontario Kral Muzeyinin Cənubi Amerika arxeologiyası bölməsinin kuratoru Castin Cenninqs qeyd edib ki, bu içkilərin birgə içilməsi insanlar arasında empatiya və açıqlığı artıraraq sosial sabitliyə töhfə verib.

Möhkəmlənən sosial bağlar

Ziyafətlər adətən Uari rəsmilərinin iqamətgahlarında keçiriliv. Bu məkanlar qapalı, hündür divarlarla əhatələnmiş sahələr olub və burada onlarla insan saatlarla bir yerdə içir, danışır, dua edir və birlikdə vaxt keçiriv. Alimlərin fikrincə, bu cür birgə təcrübələr insanların bir-birinə bağlılığını artıraraq imperiyanın siyasi dayaqlarını möhkəmləndirib.

Araşdırmanın digər müəllifi, müstəqil alim Ceykob Kir hesab edir ki, belə içkilərin ildə bir neçə dəfə içilməsi uzunmüddətli psixoloji təsir göstərərək, cəmiyyətin kollektiv düşüncə tərzini formalaşdıra bilər. Bu, genişlənən imperiyada zorakılıq və düşmənçiliyi azaldan bir sosial mexanizm rolunu oynamış ola bilər.

Fərqli elmi baxışlar

Araşdırma elmi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Arizona Dövlət Universitetinin İnsan təkamülü və sosial dəyişikliklər məktəbinin direktoru Patrik Rayan Uilyams bildirib ki, bu "maraqlı hipotezdir", lakin hələlik "vilka"nın həqiqətən pivəyə əlavə edildiyinə dair sübut yoxdur. O qeyd edib:

"Sadəcə olaraq toxumların pivə qalıqlarının yaxınlığında tapılması, onların birgə istifadə olunduğu anlamına gəlmir. Pivə qablarının məsamələrində "vilka"nın kimyəvi izləri aşkarlansa, bu fərziyyə daha inandırıcı olar".

Arxeoloq və Kolumböncəsi Arxeologiya Tədqiqat Qrupunun prezidenti Meri Qlovatski isə araşdırmanı "düşündürən, lakin ehtiyatla yanaşılmalı” adlandırıb. O, erkən And sivilizasiyalarında müxtəlif sərxoşedici maddələrin, o cümlədən "vilka”nın siyasi danışıqlarda geniş istifadə olunduğunu xatırladıb və Uarilərin bu baxımdan digərlərindən çox da fərqlənmədiyini bildirib.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see304

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see293

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see276

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see247

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see239

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see191

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see175

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see173

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see143

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see142

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see142

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see128

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see126

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri