Piyada əlində siqaret yolun ortasında uzanıb təhlükə yaratdı VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Göyçayda sürücülərə təhlükə yaradan piyada kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 19-da səhər saatlarında rayonun mərkəzi küçələrindən birində qeydə alınıb. Görüntüdən də aydın olduğu kimi, gənc oğlan əlində siqaret yolun ortasında uzanaraq ərazidən keçən avtomobillərin hərəkətinə əngəl törədib. Xoşbəxtlikdən sürücülər piyadanı görən zaman manevr edərək baş verə biləcək qəzadan yayınıblar. Yaxınlıqdakı insanlar onu yoldan kənarlaşdırmaq istəsələr də, piyada onlara əhəmiyyət verməyib. Şahidlərin iddiasına əsasən, o, uzun müddət yerdə uzanıqlı vəziyyətdə qalıb.
Qeyd edək ki, görüntü sosial şəbəkədə müzakirələrə səbəb olub. Sözügedən şəxsin ayrı-ayrı ərazilərdə də eyni əməli törətdiyi bildirilib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 20 Noyabr 2024 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















