Piyada intizamsızlığı ağır yol nəqliyyat hadisələrinə səbəb olur DYP
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Baş Dövlət Yol Polisi İdarəsi piyadaların yol hərəkəti qaydalarına əməl etməməsinin ağır nəticələrə yol açdığını bildirib.
Qurumdan verilən məlumata görə, geridə qalan həftə ərzində piyadavurma hadisələri qeydə alınıb. Hadisələrin hamısı sutkanın qaranlıq vaxtında, yaşayış məntəqələrində baş verib. Aparılan təhlillər göstərir ki, bu cür qəzaların əsas səbəblərindən biri piyadaların yol hərəkəti qaydalarına laqeyd yanaşması, yolu müəyyən olunmamış yerlərdən keçməsi və ən sadə təhlükəsizlik tələblərinə əməl etməməsidir.
BDYPİ bir daha xatırladıb ki, yol hərəkəti hər kəs üçün ortaq istifadə məkanıdır və qaydalar bütün hərəkət iştirakçılarına şamil edilir. Qaydaları görməzdən gələn istənilən şəxs özünü və başqalarını təhlükə qarşısında qoyur.
Bildirilib ki, piyadaların üzərinə düşən ən vacib vəzifə yolu yalnız müəyyən edilmiş keçidlərdən, svetoforun tələblərinə riayət etməklə və diqqətli şəkildə keçməkdir. Bu sadə qaydalara əməl olunmaması həm piyadaların həyatını risk altına salır, həm də digər hərəkət iştirakçıları üçün ağır nəticələr yarada bilər.
BDYPİ piyadalara müraciət edərək qaydalara əməl etməyə və diqqətli olmağa çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 22 Dekabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















