Icma.az
close
up
RU
Piyada ölümləri niyə artır?

Piyada ölümləri niyə artır?

525.az saytına istinadən Icma.az xəbər verir.

Son bir neçə ildir ki, ölkədə piyadaların vurulması və ölümü ilə nəticələnən qəzaların sayı artıb. Bu, ölkədə baş verən yol qəzalarının rəsmi statistikasında da qabarıq şəkildə görünür. Piyada keçidlərinin olmasına baxmayaraq, bir sıra hallarda vətəndaşlar keçidlərdən istifadə etmirlər. Qanunvericiliyə görə, piyadanın avtomobil yollarında yalnız piyada keçidindən istifadə etməsi vacib hesab edilir. Bundan başqa, sənəddə piyadaların yollarda piyada zolağı olmayan ərazisindən keçməsi qadağan olunur və bunun üçün müvafiq miqdarda cərimələr də nəzərdə tutulub. Əhalinin və avtomobillərin sıxlıq təşkil etdiyi ərazilərdə yol polisi bu cür hallara nəzarət edir və gün ərzində onlarla piyada cərimələnir, onların avtomobil yollarına çıxmasının qarşısı alınır. Amma buna baxmayaraq, yenə də piyadaların avtomobil yollarında piyada zolağı olmayan ərazilərdən keçməsi halları hələ də var. Əksər hallarda piyadaların vurulması hadisələri məhz piyada zolağı olmayan ərazilərdə baş verir. Bakıda əhalinin sıx olduğu ərazilərdə yeraltı və yerüstü keçidlər olsa da, piyadalar həmin keçidlərdən istifadə etmədən yolun hərəkət zolağından keçməyə cəhd edirlər. Nəticədə ay ərzində onlarla piyada yol qəzalarının qurbanı olur, həyatını itirir və ya müxtəlif dərəcəli bədən xasarətləri alır.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyir ki, yolu piyada keçmək istəyərkən çox bəsit bir qaydaya əməl etmək lazımdır. Yaxınlaşan avtomobillə məsafə və onun sürəti təhlükəlidirsə, heç vaxt onun qarşısına çıxmaq olmaz. Belə halda heç vaxt sürücüyə güvənmək olmaz. Sürücünün dayandığına və dayana biləcəyinə əmin olmamış yola çıxmaq həyati riskdir, çünki onun sonrakı hərəkətlərini heç vaxt proqnozlaşdırmaq mümkün deyil. Heç buna vaxt da yoxdur: söhbət həyatla ölüm arasındakı 1-2 saniyədən gedir: "Sürücünün davranışı da çox tipikdir. Minlərlə dəfə gördüyümüz, əksər hallarda faciəyə gətirən kobud bir yanlışlıq baş verir. Piyadanın vurulması qarşılıqlı hərəkət olan 2 zolaqlı yolun sol tərəfində, yəni əks istiqamətdə zolaqda baş verir. Bu nə deməkdir? Orta statistik Azərbaycan sürücüsünün etdiyi kobud bir səhv deməkdir bu: maneəni görəndə qaçırmaq. Bu, səhvdir, hərəkət edən maneəyə (yəni hərəkətdə olan piyadaya, nəqliyyat vasitəsinə, heyvana və s.) münasibətdə isə çox təhlükəli bir səhvdir. Axı qaydalar maneə ilə rastlaşan sürücüdən bircə şeyi hər bir halda tələb edir: maneəni gördükdə sürəti azalt, lazımdırsa, tam dayanmaya qədər azalt. Maneədən qaçmaq istəyən sürücü, xüsusən də bizim yollarımızda olanların mütləq əksəriyyəti kimi heç bir təlim görməmiş sürücü instinktiv olaraq sürəti artırır. O çalışır ki, toqquşa biləcəyi maneənin yanından daha tez keçsin. Faciəvi səhv də elə budur: toqquşma bir az daha yüksək sürətdə olur, nəticə də, təbii ki, daha ağır olur".

Ekspertin sözlərinə görə, son 30 ilin statistikasına əsasən, qeydə alınan yol-nəqliyyat hadisələrinin əhəmiyyətli hissəsi piyada keçidlərində baş verib. Qəzaların təxminən 87 faizi yaşayış məntəqələrində qeydə alınır və onların yarıdan çoxu piyadaların vurulması ilə nəticələnir. Piyada vurulması hadisələrinin yarıdan çoxu isə ölümlə nəticələnir: "Təhlükəsiz davranışın ən vacib elementlərindən biri də yollardakı təhlükəsiz davranışdır. Bu davranış piyadaya da, sürücüyə də, bir sözlə, hamıya aiddir. Hətta deyərdim ki, gecələr piyadalar daha da diqqətli olmalıdır, çünki həmin o təhlükəsizlik qaydalarını pozanda həyatları bahasına başa gələ bilər. Təhlükəsiz davranış qaydalarını öyrənmək, ümumiləşdirmək, heç vaxt buna biganə qalmamaq lazımdır. "Bu yolu min dəfə keçmişəm və min birinci dəfə də keçəcəm" kimi fikirlərdən uzaq durmaq lazımdır. Həyatını riskə ataraq və kobud qayda pozaraq yaxınlaşan avtomobilin qarşısından keçmək istəyən piyada ona yaxınlaşan avtomobili gəldiyi zolaqda gözləyir. Piyada avtomobilin onun üstünə düz gələcəyini gözləyir, onun qabağından həmin zolaqda keçməyi hesablayaraq risk edir. Sürücü qaçırmağa başladıqda piyadanın düşündüyü və proqnozlaşdırdığı sxem dağılır. Belə olduqda piyadanın bioloji olaraq özünü qoruma instinkti önə çıxır. Həmin instinkt isə piyada hərəkət edən insana həm "Qaç!", həm "Dayan!", həm də "Geri qayıt!" komandasını, bəzən hətta eyni vaxta bunların hər üçünü verə bilər. Saniyələr, bəzən millisaniyələr müddətində baş verən bu proses yolda xaotik və proqnozlaşdırılmayan davranış deməkdir. Dəfələrlə gördüyünüz belə mənzərini mənim dediklərimi düşünərək göz önünə gətirsəniz, hər şey aydın olacaq. Belə situasiyaya düşən insanın qəribə davranışının səbəbi məhz budur. Özü də bu xaos təhlükənin daha yaxınında baş verir. Bundan sonra sükan arxasındakı insanın da beyninin əməliyyat gücü yeni qərar verməyə çatdırmır, bəzən o da artıq stress vəziyyətində, instinktiv davranışa keçir. Nəticə isə faciəli olur. Piyada hərəkət edərkən heç vaxt riskli məsafədə olan avtomobilin qarşısına çıxmayın, onun sükanı arxasındakına güvənməməlidir. Qaydalar başlıca olaraq özünüzü qorumaq, öz təhlükəsizliyinizi təmin etmək üçündür".

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev hesab edir ki, piyada keçidlərinin əlçatan və təhlükəsiz olması həm yol-nəqliyyat hadisələrinin, həm də piyadaların qayda pozuntularının azalmasına təsir edə bilər. Onun fikrincə, xüsusilə işıqforla tənzimlənən və zebra nişanlanması olan piyada keçidlərinin sayı artırılmalıdır: "Biz piyada üçün şərait yaratmalıyıq. Şərait yaradıldıqca bu gün qeyd etdiyimiz hallar da hiss olunacaq dərəcədə azalacaq. Əgər bu gün müəyyən ərazilərdə insanlar kütləvi şəkildə qayda pozursa, deməli, burada nəyinsə düzgün qurulmadığını da araşdırmaq lazımdır".

Ekspert piyada keçidlərinin yalnız sayının artırılmasının kifayət etmədiyini, onların düzgün işıqlandırılmasının da vacib olduğunu bildirir. Onun fikrincə, xüsusilə keçid ərazilərində kontrast işıqlandırmanın tətbiqi piyadaların sürücülər tərəfindən daha tez görünməsinə imkan verə bilər. Bu baxımdan piyada keçidlərinin yerləşdirilməsi, işıqlandırılması, nişanlanması, pandusların, təhlükəsizlik adacığı, zolaq ensizləşdirilməsi kimi elementlərin standartlara uyğunluğu kompleks şəkildə nəzərdən keçirilməlidir.

Rauf Ağamirzəyev həmçinin dövlət proqramında nəzərdə tutulan müvafiq müddəaların icrasının vacibliyini qeyd edib. Onun fikrincə, sənədlərdə müəyyənləşdirilən hədəflər real şəhər mühitində tətbiq olunmalı və piyada infrastrukturunun inkişafı ardıcıl şəkildə davam etdirilməlidir.

Ekspertin fikrincə, yol hərəkətində təhlükəsizliyi yalnız cərimələrin artırılması ilə təmin etmək mümkün deyil. Bunun üçün piyada, sürücü, mikromobillik istifadəçisi, ictimai nəqliyyat istifadəçisi üçün aydın, rahat və təhlükəsiz yol hərəkəti mühiti yaradılmalıdır: "Son illərdə yol hərəkəti ilə bağlı cərimələrin məbləği dəfələrlə artırılıb. Amma nəticə yoxdur. Əgər cərimələr artır, amma ölüm və ağır qəzaların sayı adekvat şəkildə azalmırsa, deməli, problemin həllini yalnız cərimələrin məbləğinin artırılmasında axtarmaq doğru deyil. Odur ki, cərimələrlə paralel əsas hədəf qayda pozuntusunun qarşısını almaq, onun aşkarlanmasını qaçılmaz etmək, təhlükəli sürəti azaltmaq və yolun özünü insan səhvinin ölümə çevrilməyəcəyi şəkildə qurmaqdır. Sürətli yollarda piyada keçidlərinin sayı, aralarındakı məsafə, işıqlandırılması və panduslarla təmin olunması mütəmadi təftiş edilməlidir. Keçidlər piyadaların real hərəkət ehtiyaclarına uyğun yerləşdirilmədikdə, insanların qaydaları pozaraq yolu təhlükəli yerlərdən keçmə ehtimalı artır. Piyadaların təhlükəsiz keçidlərdən istifadə edə bilməsi, səkilərin avtomobillər və digər maneələrlə zəbt edilməməsi, işıqfor və zebra keçidlərinin sayının artırılması, keçidlərin əlçatan və yaxşı işıqlandırılması bu istiqamətdə əsas addımlardan ola bilər. Şəraitimizi yaradaq. Bununla həm hərəkətliliyimizə töhfə verək, həm də təhlükəsizliyimizi təmin edək".

Nəqliyyat eksperti Eldəniz Cəfərovun dediyinə görə, piyadaların vurulma hallarının çoxalmasının əsas səbəbi yol hərəkəti iştirakçılarının bilərəkdən yol hərəkəti qaydalarını pozmasıdır: "Piyada vurulması hallarının çoxalmasının əsas səbəbləri həm sürücülər, həm də piyadaların yol hərəkəti qaydalarına tam əməl etməməsidir. Sürücülər tərəfindən sürət həddinin aşılması, yol nişanlarına lazımi diqqətin yetirilməməsi bu halları artırır. Eyni zamanda, piyadalar da bəzən yol hərəkəti qaydalarını pozur, yolu düzgün və təhlükəsiz şəkildə keçmirlər. Hətta piyada keçidlərindən istifadə zamanı da müəyyən qaydalara riayət olunmalıdır. Şəhər mühitində sürücülər minimum sürətlə hərəkət etməli və mümkün riskləri əvvəlcədən nəzərə almalıdırlar".

Ekspert problemin azaldılması üçün bir sıra təkliflər də irəli sürüb: "Şəhərdaxili bəzi yollarda sürət həddi aşağı salınmalı, piyada keçidlərinə yaxın ərazilərdə xəbərdaredici nişanlar artırılmalı və sürət azaldılması ilə bağlı əlavə yol nişanları quraşdırılmalıdır. Onun sözlərinə görə, bu tədbirlər həyata keçirilərsə, müsbət nəticə əldə oluna bilər".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Sentyabr 2026 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri