Piyadalar üçün təhlükəsizliklə bağlı maarifləndirmə tədbirləri
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Piyada intizamının möhkəmləndirilməsi məqsədilə davamlı maarifləndirmə tədbirləri həyata keçirilir.
Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi hər zaman mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, piyadaların vurulması hadisələrinin sayının azaldılması bilavasitə piyadalar arasında fərdi məsuliyyət hissinin formalaşdırılmasından asılıdır.
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bu məqsədlə mütəmadi olaraq ölkə ərazisində zəruri tədbirlər həyata keçirilir.
Növbəti belə tədbir paytaxtın Sabunçu rayonunda ərazi polis orqanının və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə təşkil olunub.
Dövlət Yol Polisi əməkdaşları həmsöhbət olduqları piyadalara yol hərəkəti qaydalarını bir daha xatırladıb, yolu nəzərdə tutulmayan yerlərdən keçməyin, qəflətən yolun hərəkət hissəsinə çıxmağın təhlükəli davranışlar olduğunu izah edib, zəruri tövsiyələr veriblər.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 31 Mart 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















