Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
Icma.az bildirir, Lent az portalına istinadən.
Bakı Ağır Cinayətlər Məhkəməsində idarə etdiyi marşrut avtobusu ilə piyadanın ölümünə səbəb olan Samir Mamedovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.
Şahid A.B bildirib ki, hadisə baş verən gün təqsirləndirilən Samir Mamedov onun sahibi olduğu maşını təmirə aparıb. Daha sonra ona zəng edərək, qəza törətdiyini bildirib.
Məhkəmə sənədlərin tədqiqi mərhələsinə başladığını elan edib.
Zərərçəkən şəxsin hüquqi varisinin vəkili mülki iddia qaldıraraq 50170 manat mənəvi təzminat, eləcə də 240 manat dövlət rüsumunun ödənilməsini istəyiblər.
Qısa müşavirədən sonra məhkəmə tərkibi mülki iddia ərizəsinin hələ mülki cavabdehlərə təqdim olunmadığını əsas gətirərək, baxılmamış saxlanıldığını bildirib.
Növbəti proses 25 iyun saat 16:30-a təyin olunub.
Xatırladaq ki, hadisə 2 dekabr 2025-ci ildə Binə qəsəbəsi ərazisində qeydə alınıb.
Samir Loğman oğlu Mamedov idarə etdiyi “Daewoo” markalı marşrut avtobusu ilə qəsəbə ərazisində piyadanı vurub. Ağır xəsarətlər alan piyada Vurğun Cəlil oğlu Əliyev hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, Samir Mamedov Cinayət Məcəlləsinin 263-1.3 maddəsi (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 18 İyun 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















