Icma.az
close
up
RU
Piyadanı vurub qaçan sürücü ilə bağlı qərar verildi KONKRET

Piyadanı vurub qaçan sürücü ilə bağlı qərar verildi KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ali Məhkəmədə yol qəzası törədərək hadisə yerindən qaçmaqda təqsirləndirilən C.Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az bildirir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, C.Əliyev 25 oktyabr 2022-ci il tarixdə, saat 06:30 radələrində alkoqol sərxoşluğu vəziyyətində sürücülük vəsiqəsi ilə idarə etdiyi, texniki cəhətdən saz olan özünə məxsus “Bogdan 211040-87” markalı avtomobillə Sumqayıt şəhəri Sülh küçəsində Sumqayıt Bulvarı istiqamətində hərəkətdə olub.

Belə ki, o, yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürət həddini aşaraq avtomobili 76 km/saat sürətlə idarə edib, hərəkət üçün təhlükə yarandığını gördüyü halda nəqliyyat vasitəsinin sürətini azaltmaq və hadisənin qarşısını almaq üçün texniki imkanı olduğu halda heç bir tədbir görməyib. Nəticədə Sumqayıt şəhəri Sülh və Nərimanov küçələrinin kəsişməsində, piyada keçidi üzərindən yolu keçməyə başlayan piyada – zərərçəkmiş D.D.-ni (adı, soyadı şərtidir) avtomobilin sol qabaq hissəsi ilə vurub.

Hadisə nəticəsində zərərçəkmiş şəxsə başın küt travması, kəllə sümüklərinin açıq çoxqəlpəli sınıqları, baş beyinə qansızma və digər ağır bədən xəsarətləri yetirilib və ehtiyatsızlıqdan onun ölümünə səbəb olunub. Bundan sonra C.Əliyev yol-nəqliyyat hadisəsi barədə müvafiq orqanlara məlumat vermədən və xəsarət alan şəxsə yardım göstərmədən hadisə yerindən qaçıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən məhkum tərəfindən apellyasiya şikayəti verilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. Bundan sonra C.Əliyev Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qərarının ləğv edilməsi və ona daha yüngül cəza təyin olunması barədə kassasiya şikayəti ilə məhkəməyə müraciət edib.

(pravda.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Yanvar 2026 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri