Icma.az
close
up
RU
Piylənmə yoluxucu xəstəliklərdən ölüm riskini 70 faiz artırır

Piylənmə yoluxucu xəstəliklərdən ölüm riskini 70 faiz artırır

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Piylənmədən əziyyət çəkən insanların xəstəxanaya yerləşdirilməsi və ya yoluxucu xəstəliklərdən ölmə ehtimalı normal çəkili insanlara nisbətən 70% daha yüksəkdir.

AzPost bildirir ki, bu barədə nüfuzlu tibb jurnalı The Lancet-də dərc olunan bir araşdırmada qeyd olunur.

Alimlər iki Finlandiya tədqiqatında 67.000-dən çox yetkin şəxsin və Britaniyanın 470.000-dən çox sakininin məlumatlarını təhlil ediblər. İştirakçılar 14 il ərzində izlənilib və tədqiqatın əvvəlində onların bədən kütlə indeksi (BKİ) qeydə alınıb.

Tədqiqatın nəticələri göstərib ki, piylənmədən əziyyət çəkən insanlarda xəstəxanaya yerləşmə və ya infeksiyalardan ölüm riski 70% artır. Ağır piylənmədə bu risk normal çəkili insanlara nisbətən üç dəfə artır.

Mütəxəssislər 10 ümumi yoluxucu xəstəliyi ətraflı araşdırıblar. Onlar piylənmənin demək olar ki, hamısında ağır fəsadlar riskini əhəmiyyətli dərəcədə artırdığını aşkar ediblər. Risk dairəsinə qrip COVID-19, pnevmoniya, sidik yolu infeksiyaları və tənəffüs yoluxucu xəstəlikləri olanlar daxildir. Tədqiqatçılar həmçinin qeyd ediblər ki, piylənmə ağır HİV və ya vərəm ehtimalını artırmır.

London Universitet Kollecinin professoru Mika Kivimakinin sözlərinə görə, bu zəiflik piylənmənin immun sistemini zəiflətməsi, onun bakteriya, virus, parazit və göbələklərlə mübarizə qabiliyyətini azaltması ilə əlaqədardır. Tədqiqatçılar bu hipotezin dolayı təsdiqini yalnız bədən çəkisini azaltmağa deyil, həm də ağır infeksiyalar riskini azaltmağa kömək edən arıqlama dərmanlarının tədqiqatında tapdılar.

Tədqiqatın müəllifləri piylənmənin rolunu nəzərə alan infeksiyanın qarşısının alınması yanaşmalarına yenidən baxılmasını tövsiyə edirlər. Onlar sübut olunmuş arıqlama metodlarının daha fəal şəkildə tətbiqini, yüksək risk qrupları üçün peyvənd proqramları planlaşdırarkən piylənməni nəzərə almağı və ictimaiyyətin sağlam qidalanmaya və fiziki fəaliyyət imkanlarına daha çox çıxışını təmin etməyi təklif edirlər.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azpost.info
archiveBu xəbər 11 Fevral 2026 00:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri