Pizza dilimi qatili ələ verdi: memar 8 qadını öldürdüyünü etiraf etdi ABŞ də
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-də uzun illərdir axtarılan "Qilqo-Biç" qatili tapılıb.
Ölkə.Az NBC News-a istinadən xəbər verir ki, məşhur memar Reks Hoyermann, əksəriyyəti seks işçisi olan 8 qadını öldürdüyünü etiraf edib.
İstintaq sənədlərinə görə, 62 yaşlı memar 1993-2010-cu illər arasında qurbanlarını boğaraq öldürüb və cəsədlərini Nyu-Yorkun müxtəlif çimərlik ərazilərinə atıb. Bəzi qurbanların cəsədləri kisələrə bükülmüş halda tapılmışdı.
On ildən artıqdır açılmamış qalan bu cinayət işində dönüş nöqtəsi 2022-ci ildə baş verib. Müstəntiqlər mobil telefon siqnalları və şahid ifadələri ilə yanaşı, maraqlı bir dəlildən istifadə ediblər: zibil qutusuna atılmış pizza qırığındakı DNT nümunəsi Hoyermannın cinayətini sübuta yetirib.
2023-cü ildə Manhettendəki ofisində həbs olunan memar, əvvəlcə günahını inkar etsə də, indi hər şeyi etiraf edib. FTB ilə əməkdaşlığa razı olan Hoyermanna iyunun 17-də hökm oxunacaq. Onu ömrünün sonuna qədər həbs gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 09 Aprel 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















